13 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanın bank sektoruna işçi axını davam edir

Azərbaycanda fəaliyyət göstərən bankların 31 oktyabr 2017-ci il tarixinə cəmi aktivləri 26 mlrd. 311,6 mln. manat, cəmi öhdəlikləri isə 23 mlrd. 216,6 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 95 mln. manat, əhalinin əmanətləri isə sentyabr ayı ilə müqayisədə 3,6% (250,7 mln. manat) artaraq 7 mlrd. 250,2 mln. manat olub.

Qeyd edək ki, 30.09.2017-ci il tarixə əhalinin əmanətləri 6 mlrd. 999,5 mln. manat təşkil edib.

Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 556, şöbələrinin sayı 142, ATM-lərin sayı 2491 olub.

Bütövlükdə, bank sektorunun işçi heyəti sentyabrla müayisədə oktyabrda 130 nəfər artaraq 16470 nəfər təşkil edib

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər