23 C
Baku
Friday, April 19, 2024

Azərbaycanın biznes aviasiya şirkəti İran bazarına girir

Azərbaycanın biznes aviasiya operatoru olan “SW Business Aviation” (Silk Way Business Aviation) şirkəti bu ilə fəaliyyət planlarını açıqlayıb. Məmbə xəbər verir ki, aviasiya operatoru İran bazarına daxil olmağı nəzərdə tutub.

Belə ki, “Silk Way Business Aviation” İran aviaşirkətləri ilə əməkdaşlığı genişləndirməyi və qonşu ölkənin biznes aviasiya bazarında xidmət göstərməyi planlaşdırır. Şirkət rəsmiləri hesab edirlər ki, son zamanlar bu ölkədən sanksiyaların götürülməsi ilə əlaqədar aviasiyanın müxtəlif sahələrinin sürətlə inkişafı gözlənilir.

Qeyd edək ki, 2007-ci ildə təsis edilən “SW Business Aviation” şirkəti Avropa Biznes Aviasiya Assosiasiyasına (EBAA) daxildir. Şirkət fəaliyyətə “Gulfstream G450” təyyarələrini əldə etməklə başlayıb, sonra isə parkını G550, G280 və G200 təyyarələri ilə zənginləşdirib. Hazırda “Silk Way Business Aviation”ın parkı müxtəlif növ 8 “Gulfstream” təyyarəsindən ibarətdir. Şirkətin aviaparkında “Gulfstream”dan başqa, reaktiv “Boeing 727” və VIP konfiqurasiyalı regional turbopərli “ATR-42-500” də var.

Report

Son xəbərlər
Digər xəbərlər