18 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanın büdcəsi açıqlandı

Banker.az Maliyyə Nazirliyinin məlumatlarına əsasən xəbər verir ki, yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 15,8 milyard manat daxil olmuş, büdcədən 13,9 milyard manat vəsait xərclənmişdir.

Büdcə xərclərinin 42,0 faizi və ya 5,8 milyard manatı iqtisadiyyatın inkişafına, 11,3 faizi (1,6 milyard manatı) səhiyyə və təhsilə, 11,7 faizi (1,6 milyard manatı) sosial müdafiə və sosial təminata yönəldilmişdir.

Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 3,9 faizinə bərabər və ya 1,9 milyard manatlıq profisit yaranmışdur.

Son xəbərlər
Digər xəbərlər