16 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanın gömrük məntəqələri 24 saatlıq rejimə keçə bilər

Azərbaycan və İran arasında gömrük məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsi müzakirə edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Banker.az-a verilən məlumata görə, oktyabrın 27-də Komitənin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.

DSC 83521509098614

Əlaqələrin daha geniş vüsət alması üçün İran, Azərbaycan və Rusiya gömrük xidməti rəhbərlərinin üçtərəfli görüşlərinin keçirilməsinin əhəmiyyətinə toxunan Məsud Kərbasian gələcəkdə bu təklifin reallaşacağına ümid etdiyini bildirib. İranlı nazir, eyni zamanda, Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçid məntəqəsinin 12 saatlıq, Biləsuvar və Astara gömrük-sərhəd keçid məntəqələrinin isə 24 saatlıq iş rejiminə keçirilməsi, eləcə də Aslandüz-Horadiz gömrük-sərhəd keçid məntəqəsinin açılmasının əhəmiyyətini vurğulayıb və bu istiqamətdə görülən işlərlə bağlı müzakirələr aparılıb.

Eyni zamanda, görüşdə gələn həftə Kolumbiyanın Kartagena şəhərində gömrük məsələlərinə dair gerçəkləşəcək beynəlxalq tədbirlərlə, Ümumdünya Gömrük Təşkilatının baş katibi və müavinləri vəzifəsinə keciriləcək seçkilərlə, eləcə də noyabr ayında Pakistanın İslamabad şəhərində baş tutacaq İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin iclasında müzakirə ediləcək məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iştirak edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər