13 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanın iki əsas ticarət tərəfdaşlarının MB-ləri uçot dərəcəsini artırdı

Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün keçirdiyi növbəti iclasında faizləri artırıb.

Bununla da həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) sabit saxlanılıb, gec likvidlik pəncərəsinin (GLP) borcvermə faizini isə 0,5 faiz bəndi artıraraq 12,75%-ə çatdırıb. Qeyd edək ki, bundan əvvəlki iclasda TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağı və yuxarı hədlərini 7,25% və 9,25%, GLP-ni isə 12,25% səviyyəsində sabit saxlayıb.

TCMB yüksək inflyasiyanın yaratdığı makroiqtisadi risklər fonunda sərt monetar siyasətə davam etmək qərarı verdiyini açıqlayıb.

Qeyd edək ki, son günlər Türkiyədə dolların məzənnəsi TCMB-nin faizləri artıracağı gözləntisi ilə 3,99 lirə səviyyəsindən 3,81-ə düşüb. Bu qərardan sonra isə məzənnə 3,83 TRY/USD-dən 3,88 TRY/USD-yə yüksəlib. Belə ki, ekspertlər TCMB-dən 1% və daha çox artım gözləyirdilər.

“Report”un analitik qrupu dolların məzənnəsinin tədricən yüksəlməyə davam edəcəyini və hətta 4 TRY/USD səviyyəsini keçə biləcəyini ehtimal edir.

Ukrayna Mərkəzi Bankı (NBU) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 13,5%-dən 14,5%-ə yüksəldib.

TASS agentliyinə istinadən, buna səbəb ölkədə inflyasiyanın sürətlənməsi amili olub.

NBU-dan verilən açıqlamada bildirilir ki, “ortamüddətrli perspektivdə inflyasiya hədəf səviyyəyə endirilənə qədər sərt pul siyasəti davam etdiriləcək”. Qərardan sonra Ukraynada dolların 0,85% ucuzlaşaraq məzənnə 27,03 qrivnaya düşüb.

Qeyd edək ki, oktyabr ayının 26-da NBU uçot dərəcəsini 12,5%-dən 13,5%-ə yüksəldib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər