15 C
Baku
Friday, April 26, 2024

Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı

Azərbaycanın ikinci “Azerspace-2/Intelsat 38” geostasionar peykinin buraxılışı təxirə salınıb.

Bu barədə peykin buraxılışı ilə məşğul “Arianespace” (Fransa) şirkətindən bildirilib.

Qeyd olunur ki, daha əvvəl mayın 25-ə təyin olunmuş proses Hindistanın kosmik-tədqiqat təşkilatının “GSAT-11” peykində aparılan texniki yoxlamalarla əlaqədar yay aylarına keçirilib.

Bildirilir ki, dəqiq tarix yaxın zamanlarda elan olunacaq.

Qeyd edək ki, 2015-ci ilin dekabr ayında “Azərkosmos” ASC və “Airanespace” şirkətləri arasında Azərbaycanın ikinci telekommunikasiya peykinin geostasionar orbitə çıxarılmasına dair müqavilə imzalanıb. peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qviana Kosmik Mərkəzi) kosmodromundan “Ariane 5 ECA” raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

“Ariane 5 ECA” raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın “GSAT-11” rabitə peykini də çıxaracaq.

Azərbaycanın “Azerspace-2/Intelsat 38” peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər