22 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanın regional bankının öhdəlikləri 21% artıb

Azərbaycanda 2008-ci ildən fəaliyyət göstərən və tək regional bankı olan “Naxçıvan Bank” ASC-nin aktivləri 13% böyüyüb.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2017-ci ilə dair açıqladığı maliyyə hesabatında deyilir.

Hesabata görə, ötən ilin əvvəli ilə müqayisədə sonu  141,87 mln. həcmində olub. Bununda 63,37 mln. manatı müştərlərə verilən kreditdlərdir. Kredit portfelinin həcmi illik böyüsədə son rünbdə daha 1 mln. manatdan çox az olub. Belə ki, bu rəqəm ötən ilin III rübü 64,72 mln. manat idi.

Bankın öhdəlikləri 12,3 mln. manat, yəni, 21% artaraq 68,99 mln. manat olub. Qeyd edək ki, bunun da 32,56 mln. manatı “faizsiz tələbli depozitlər”dir.

Bankın cəmi kapitalı  72,88 mln. manat artıb ki, bununda  4 mln. manatı bölüşdürülməmiş mənfəətdir.

Hazırda Naxçıvan bankının məcmu kapiatlı isə 72,26 mln. manat həcmindədir.

Qeyd edək ki, Naxçıvanbank ötən ilin 4 rübündə  5,36 mln. manat ümümi faiz gəliri ilə  4 mln. xalis mənfəət əldə edib.

Hazırda Bankın cəmi 4% səhmi fiziki şəxlərə aiddir.

Son xəbərlər
Digər xəbərlər