15 C
Baku
Friday, April 26, 2024

Azərbaycanın şərəfinə qızıl iPhone 6- Fotolar

Caviar şirkəti səyahətlərə həsr olunmuş yeni iPhone zərgərlik kolleksiyasını təqdim edib.

Modellər arasında Azərbaycana həsr olunanı da var.

Caviar brendi Apple iPhone modellərinin zərgərlik modifikasiyaları ilə məşhurdur. Bahalı Caviar aparatlarının hazırlanması üçün qızıl, brilyant, dəri, titan, nadir ağac növləri kimi bahalı materiallardan istifadə edilir. Telefonların hamısı əl işidir.

Caviar-ın Azərbaycana həsr olunmuş qızıl telefonunda ölkəmizin gerbi və xəritəsi əks olunub. Orada Azərbaycanın bütün tarixi əraziləri qeyd edilib. Telefonun üzərində “Azerbaijan Land of Fire” cümləsi də yazılıb. Qızıl smartfonun qiyməti 2754 avrodur.

Smartfonun təqdimatı noyabrın sonunda Bakıda açılacaq Caviar butikində həyata keçiriləcək.

_2104_photo2_large

_2104_photo1_large

_2104_photo3_large

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər