13 C
Baku
Friday, April 19, 2024

Azərbaycanın sığorta bazarı -Araşdırma

İlin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 166 011 267 manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 11% çoxdur. Qeyd olunan tarix üzrə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi bir il ərzində 31% artaraq  58 113 030,86  manata çatıb.

Bu müddət ərzində könüllü sığortalar üzrə sığorta haqları 4% artaraq,  110 769 622,75 manat,

təşkil edib. O cümlədən həyat sığortası üzrə sığorta haqları 3% azalaraq, 26 974 646,16 manat, qeyri-həyat sığortası üzrə 6% artaraq 83 794 976,59 manata çatıb.

Sığorta haqları üzrə ən çox sığorta haqqı «Tibbi sığorta» (37 479 363,06 manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (363 309,15manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (10 639 287,95 manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (8 891 061,87 manat), “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası” (14 912 041,63 manat), “Həyatın yaşam sığortası” (21 465 269,81 manat), “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” (3 521 128,00 manat) növləri üzrə toplanılıb.

Ödənişlərə gəldikdə, könüllü üzrə ödənişlər  44 333 300,98  manata bərabər olub ki, bu da illik müqayisədə 40% çoxdur. Könüllü həyat sığortası üzrə ödənişlər 9.6% azalaraq 27 105 235,11 manata çatıb.

Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (16 896 640,73 manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (8 392 920,88 manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (62 272,59 manat) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər