24 C
Baku
Friday, April 26, 2024

Palata: Azərbaycanın sığorta bazarında illik 10% artım olub

2016-cı il ərzində Azərbaycanda sığorta şirkətləri tərəfindən 486 milyon 74 min manat sığorta haqqı toplanıb. Bu da 2015-ci il ilə müqayisədə 42 milyon 855 min manat və ya 9,68% çoxdur. Bu barədə Banker.az-a Palatadan xəbər verilir.

Hesabat ilində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi də illik müqayisədə 57 milyon 009 min manat və ya 31,63% artaraq 237 250 616 manata çatıb.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48,8 manatı ödəniş edilib. Qeyd edək ki, 2015-ci ildə bu göstərici 40,7 manat olub.

Həyat sığortası bazarı 26% artıb

Sığorta yığımlarının 146 milyon 538 min manat və ya 30,2%-i, ödənişlərin 94 milyon 979 min manat və ya 40,0%-i həyat sığortasının payına düşüb. Həyat sığortası üzrə yığımlarda illik 25,81% və ya 30 milyon 60 min manat, ödənişlərdə 42 milyon 745 min manat və ya 81,84% artım qeydə alınıb.

2016-cı ildə yığımların 65,66%-i könüllü, 34,34%-i icbari sığorta növlərinin payına düşüb.

Könüllü sığorta bazarı 14% artıb

Belə ki, könüllü sığorta bazarı 2015-ci illə müqayisədə 37 milyon 974 min manat və ya 13,52% artaraq 2016-cı ildə 318 milyon 944 min manat təşkil edib. Könüllü sığorta növləri üzrə ödənişlər isə illik 43 milyon 623 min manat və ya 32,12% artaraq 179 milyon 435 min manata yüksəlib.

Könüllü sığorta növləri üzrə yığımların 36,32%-i həyat, 63,68%-i qeyri-həyat sığortasının payına düşüb.

Könüllü həyat sığortası üzrə yığımlar illik 30 milyon 023 min manat və ya 34,98% artaraq 115 milyon 855 min manat,  ödənişlər 40 milyon 870 min manat və ya 81,58% artaraq 90 milyon 970 min manat təşkil edib.

Könüllü qeyri-həyat sığortası üzrə yığımlar illik 7 milyon 951 min manat və ya 4,07% artaraq 203 milyon 089 min manat, ödənişlər 2 milyon 753 min manat və ya 3,21% artaraq 88 milyon 466 min manat olub.

İcbari sığorta bazarı 3% artıb

İcbarı sığorta növləri üzrə yığımlar 4 milyon 881 min manat və ya 3,01% artaraq 166 milyon 816 min manata yüksəlib. Hesabat ilində şirkətlər tərəfindən qeyd olunan sığorta növü üzrə 57 milyon 815 min manat ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 13 milyon 386 min manat və ya 30,13% artım deməkdir.

İcbari sığorta bazarının 18,39%-i həyat, 81,61%-i qeyri-həyat sığortası üzrə formalaşıb.

İcbari həyat sığortası (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) üzrə yığımlar illik 36,9 min manat və ya 0,12% artaraq 30 milyon 683 min manat, ödənişlər 1 milyon 875 min manat və ya 87,88% artaraq 4 milyon 9 min manat təşkil edib.

Hesabat ilində şirkətlər tərəfindən icbari qeyri-həyat sığortası növləri üzrə 136 milyon 133 min manat sığorta haqqı toplanıb. Bu da 2015-ci illə müqayisədə 4 milyon 844 min manat və ya 3,69% çoxdur. Həmçinin bu müddətdə şirkətlərin icbari qeyri-həyat sığortası növləri üzrə ödənişləri 11 milyon 511 min manat və ya 27,21% artaraq 53 milyon 806 min manata çatıb.

2016-cı ildə sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və verilmiş sığorta ödənişləri üzrə ətraflı məlumatlar aşağıdakı cədvəllərdə öz əksini tapıb.

2016-cı ilin yanvar-dekabr ayı üzrə ayları üzrə hesablanmış sığorta haqları                                                                  və sığorta ödənişləri haqqında
M  Ə  L  U  M  A  T
(təcili məlumatlar əsasında)
Sığortaçının adı Sığorta Haqları Sığorta Ödənişləri
1 “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 12 784 855,23 7 893 530,95
2 “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 21 968 752,00 9 789 514,49
3 “Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1 018 459,94 1 207 773,20
4 “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti 9 288 975,37 3 542 428,80
5 “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 37 435 501,39 27 111 809,20
6 “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 39 814 927,05 15 733 201,47
7 “AzSığorta” Açıq Səhmdar Cəmiyyəti 22 720 978,28 7 753 019,05
8 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 41 224 916,00 16 166 169,00
9 “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti 6 414 551,09 3 254 066,24
10 “Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti 259 178,76 987,79
11 “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti 941 365,90 669 780,00
12 “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 547 761,16 142 877,12
13 “Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 3 674 680,77 4 077 248,91
14 “Buta Sığorta” Açıq Səhmdar Cəmiyyəti 593 950,50 1 294 179,42
15 “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2 637 651,52 264 014,26
16 “Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti 20 272 711,13 4 173 909,92
17 “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 77 678 739,32 45 907 276,26
18 “Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti 100 012 147,26 47 438 605,45
19 “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 31 737 938,00 21 959 718,00
20 “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1 018 518,88 855 039,07
21 “Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 20 326 929,76 8 607 733,68
22 “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti 9 846 652,10 6 562 643,64
23 “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti 4 643 567,35 0,00
24 “İPƏK YOLU SIĞORTA” ASC 19 148 016,96 2 653 176,77
25 “Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti 62 553,51 191 913,23
YEKUN 486 074 279,23 237 250 615,92

 

 

2016-cı ilin yanvar-dekabr ayları üzrə üzrə hesablanmış sığorta haqları                                                                  və sığorta ödənişləri haqqında
M  Ə  L  U  M  A  T
(təcili məlumatlar əsasında)
Sığorta sinifləri Sığorta haqları Sığorta ödənişləri
könüllü sığortalar üzrə – cəmi : 318 691 754,21 179 435 271,13
 o cümlədən:    
Həyat sığortası üzrə 115 602 928,91 90 969 812,90
 o cümlədən:    
həyatın ölüm halından sığortası 35 382 840,62 2 859 134,82
həyatın yaşam sığortası 79 775 615,70 88 108 078,08
annuitet sığortası 0,00 0,00
əmək qabiliyyətinin sığortası 351 641,15 0,00
sağalmaz xəstəliklərdən sığorta 92 831,44 2 600,00
Qeyri-həyat sığortası üzrə 203 088 825,30 88 465 458,23
 o cümlədən:    
Şəxsi sığorta 91 123 756,08 63 109 871,28
 o cümlədən:    
fərdi qəza sığortası 3 850 167,11 968 171,40
tibbi sığorta 84 668 441,11 61 568 808,68
xaricə səfər edən vətəndaşların sığortası 2 605 147,86 572 891,20
Əmlak sığortası 111 965 069,22 25 355 586,95
 o cümlədən:    
əmlakın sığortası 89 567 341,25 24 752 180,80
 o cümlədən:    
əmlakın yanğından və digər risklərdən sığortası 43 272 407,85 5 442 764,17
avtonəqliyyat vasitələrinin sığortası 21 260 450,71 15 527 315,56
dəmiryol nəqliyyatı vasitələrinin sığortası 345 915,89 0,00
hava nəqliyyatı vasitələrinin sığortası 11 972 030,72 2 615 359,51
su nəqliyyat vasitələrinin sığortası 6 237 563,27 18 000,00
yüklərin (nəqliyyat) sığortası 4 087 917,05 387 358,10
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası 600 985,64 3 803,00
kənd təsərrüfatı heyvanlarının sığortası 1 222 543,80 757 580,46
əmlakın sığortası ilə bağlı digər siniflər 567 526,32 0,00
o cümlədən :    
işçilərin dələduzluğu sığortası 525 663,32 0,00
pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta 41 863,00 0,00
titul sığortası 0,00 0,00
mülki məsuliyyətin sığortası 22 374 842,15 547 359,04
 o cümlədən:    
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 1 496 223,71 98 298,34
dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 0,00 0,00
hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 4 276 379,24 239,84
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 398 529,78 0,00
yük daşıyanın mülki məsuliyyətinin sığortası 50 386,32 11 871,27
mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası 154 913,11 0,00
peşə məsuliyyətinin sığortası 1 752 075,83 0,00
işəgötürənin məsuliyyət sığortası 1 312 136,38 20 136,81
ümumi mülki məsuliyyətin sığortası 12 934 197,78 416 812,78
hüquqi xərclərin sığortası 0,00 0,00
kredit sığortası 21 325,82 56 047,11
 o cümlədən:    
kreditlərin sığortası 21 325,82 56 047,11
ipoteka sığortası 0,00 0,00
qarışıq maliyyə risklərinin sığortası 1 560,00 0,00
 o cümlədən:    
əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta 0,00 0,00
işin dayanması ilə bağlı risklərdən sığorta 1 560,00 0,00
İcbari sığortalar üzrə -cəmi 167 382 525,02 57 815 344,79
 o cümlədən:    
Həyat sığortası üzrə 31 249 249,80 4 008 990,56
 o cümlədən:    
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta 31 249 249,80 4 008 990,56
Qeyri-həyat sığortası üzrə 136 133 275,22 53 806 354,23
 o cümlədən:    
nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 0,00 4 030,00
sərnişinlərin icbari sığortası 0,00 0,00
icbari ekoloji sığorta 0,00 0,00
yanğından icbari sığorta 0,00 0,00
MM deputatların icbari şəxsi sığortası 120 289,00 0,00
tibbi personalın AİDS-dən sığortası 0,00 0,00
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası 17 040 783,00 9 615 025,00
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası 12 321 183,00 1 284 641,00
dövlət qulluqçuların icbari sığortası 0,00 0,00
diplomatik nümayəndələrin icbari sığortası 0,00 0,00
auditorların peşə məsuliyyətinin icbari sığortası 7 090,00 0,00
daşınmaz əmlakın icbari sığortası 25 196 905,60 2 006 841,42
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 276 183,72 52 914,68
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 81 073 631,90 40 842 902,13
sərnişinlərin icbari fərdi qəza sığortası 97 209,00 0,00
YEKUN 486 074 279,23 237 250 615,92

 

Sığorta hesabat – 2016

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər