4 C
Baku
Friday, March 29, 2024

Azərbaycanın tibb elmləri namizədi olan bankiri – Elçin İsayev

Banker.az saytı  “Məşhur maliyyə simaları” rubrikasında bu dəfə ölkənin maliyyəçilərindən biri olan, Bank of Bakunun Bankın Səhmdarlarının Ümumi Yığıncağının və Müşahidə Şurasının sədri haqqında məlumatları sizinlə paylaşır.

Elçin İsayev 16 iyun 1952-ci ildə anadan olub.

E.İsayev 1969 – 1975-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetində “Müalicə işi” ixtisası üzrə təhsil almışdır. Tibb elmləri namizədi, 70-dən çox elmi əsərlərin müəllifidir.

Elçin İsayev müxtəlif illərdə ölkə daxilində və xaricdə, o cümlədən Baltikyanı ölkələr, Türkiyə Qazaxıstan, Özbəkistan və digər ölkələrdə keçirilən tibb elminin müxtəlif istiqamətlərinə dair konqres və elmi-praktik konfranslarda iştirak etmişdir.

foto

Bundan əlavə E.İsayev bank sahəsində korporativ idarəetmə və bank menecmenti mövzularında müxtəlif vaxtlarda keçirilən yerli və beynəlxalq seminarların iştirakçısı olmuşdur.

1975-ci ildən bu günədək Bakı şəhəri 5 saylı Şəhər Klinik Xəstəxanasında çalışır, hazırda xəstəxananın mədə-bağırsaq şöbəsinin müdiridir.

İsayev 1997-ci ildə “Bank of Baku”nun Nizamnamə kapitalının bir hissəsini əldə etmişdir. Həmin ildən etibarən Bankın Səhmdarlarının Ümumi Yığıncağının və Müşahidə Şurasının sədridir.

Son xəbərlər
Digər xəbərlər