16 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanın üç ali məktəbi 100 ən yaxşı universitet reytinqdə

Reytinq 30 ölkəni əhatə edir

Quacquarelli Symonds (QS) agentliyi Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ali məktəblərinin yeni reytinqini açıqlayıb

100 ali məktəbin yer aldığı “QS University Rankings: İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya 2014/15” reytinqdə Azərbaycanın üç ali məktəbi – Bakı Dövlət Universiteti, Qafqaz və Xəzər universitetləri də var. Ali məktəblər müvafiq olaraq 39.4, 38.5 və 39.6 balla 71-80 ci yerdədirlər.

Quacquarelli Symonds (QS) agentliyinin reytinqi ali məktəblərin qlobal reytinqləri arasında ən nüfüzlusudur. Reytinq 30 ölkəni əhatə edir: Albaniya, Ermənistan, Azərbaycan, Belarus, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Macarıstan, Gürcüstan, Qazaxıstan, Kosovo, Qırğızıstan, Latviya, Litva, Makedoniya, Moldova, Çernoqoriya, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan, Ukrayna.

Reytinqdə ilk onluğa Azərbaycanda da filialı olduğu M.V. Lomonosov adına Moskva Dövlət Universiteti başçılıq edir.

Onluğa həmçinin Varşava Universiteti (Polşa), Tartuskiy Universiteti (Estoniya), Praqada Çexiya Texniki Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Yagellonskiy Universiteti (Polşa), Yaxın Şərq Texniki Universiteti (Türkiyə) və Masarikov Universiteti (Çexiya) daxildir.

Oxu.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər