15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanın Ümumi Daxili Məhsul istehsalı azalıb

2017-ci ilin yanvar-may aylarında ölkədə 25 milyard 338 milyon 700 min(25338,7 mln.)manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir. Bu barədə Banker.az Dövlət Statistika Komitəsinin açıqlamasına istinadən xəbər verir.

Eyni zamanda, iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artmışdır.

ÜDM-in 44,1 faizi sənayedə, 10,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,3 faizi tikintidə, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 14,5 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 2610,3 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər