22 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanın xarici ticarətində müsbət saldo qeydə alındı

2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 93 ölkəyə məhsul ixrac olunmuş, 148 ölkədən idxal olunmuşdur. Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 7000,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4835,8 milyon dollar, idxalın dəyəri 2165,0 milyon dollar təşkil etmiş, nəticədə 2670,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,8 % artmış, real ifadədə isə 15,2 %, o cümlədən ixrac 6,8 %, idxal 27,6 % azalmışdır.

Ticarət dövriyyəsinin 39,4 %i Avropa İttifaqı ölkələri, 12,1 %i MDB üzvü dövlətləri, 48,5 %i isə dünyanın digər ölkələrinin payına düşmüşdür.

İxracın dəyərinin 23,2 %i İtaliyaya, 10,8 %i Türkiyəyə, 5,4 %i Çinə, hər biri 5,2 % olmaqla Portuqaliya və İsrailə, 4,9 %i Tayvana (Çinin əyaləti), hər biri 4,4 % olmaqla Almaniya və Kanadaya, 4,3 %i Gürcüstana, hər biri 3,4 % olmaqla Rusiya və Hindistana, qalan 25,4 %i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.

İdxal olunmuş məhsulların dəyərinin 18,8 %i Rusiyanın, 16,6 %i Türkiyənin, 9,8 %i Çinin, 5,0 %i Almaniyanın, 4,5 %i Ukraynanın, 4,4 %i ABŞ-ın, 3,8 %i İtaliyanın, 3,7 %i Birləşmiş Krallığın, 3,3 %i İranın, 2,5 %i Qazaxıstanın, 1,8 %i Fransanın, 25,8 %i isə digər ölkələrin payına düşmüşdür.

2017-ci ilin yanvar-aprel aylarında 408,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 22,6 %, real ifadədə isə 20,5 % çoxdur.

2017-ci ilin yanvar-aprel aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 62,3 %, təzə tərəvəz – 74,6 %, tütün – 49,5 %, çay – 22,1 %, meyvə və tərəvəz şirələri – 49,0 %, təbii üzüm şərabları və üzüm suslosu – 15,0 %, meyvə və tərəvəz konservləri – 14,0 %, polietilen – 0,3 %, pambıq lifi – 5,8 dəfə, bentonit gili – 3,4 dəfə artmış, şəkər ixracı isə 2,1 %, bitki yağları – 2,5 %, kartof – 27,9 %, marqarin, qida üçün yararlı digər qarışıqlar – 21,5 %, emal olunmamış alüminium – 31,5 %, qara metallardan borular – 22,3 %, qara metallardan yarımfabrikatlar – 67,0 %, pambıq ipliyi – 37,5 % azalmışdır.

2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 2017-ci ilin yanvar-aprel aylarında təzə meyvə idxalı 10,7 %, çay – 4,1 %, quş əti və onun əlavə məhsulları – 2,2 dəfə, mal əti – 2,2 dəfə, minik avtomobilləri – 7,4 %, polad prokatı – 6,3 %, hesablama maşınları, blok və qurğuları – 2,4 dəfə, mebel – 34,0 %, qara metallardan çubuqlar – 0,3 %, rezin şinlər – 73,1 %, mineral gübrələr – 4,3 dəfə, qara metallardan künclüklər ­– 38,4 %, paltaryuyan maşınlar – 2,2 dəfə, məişət kondisionerləri – 2,3 dəfə, yük avtomobilləri – 81,1 %, avtobuslar – 13,0 % artmış, buğda idxalı isə 47,6 %, xam şəkər və şəkər – 0,9 %, bitki yağları – 30,1 %, kərə yağı, digər süd yağları və pastaları – 3,7 %, kartof – 16,0 %, təzə tərəvəz – 35,7 %, qara metallardan borular – 74,6 %, polietilen – 30,8 %, sement və sement klinkerləri – 92,1 %, məişət soyuducuları – 44,6 % azalmışdır.

Pərakəndə ticarət dövriyyəsi…

2017-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,9 % üstələyərək 12,9 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 6,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-may aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,8 % və 2,9 % üstələmişdir.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2016-cı ilin yanvar-may aylarına

nisbətən,  %lə

Pərakəndə ticarət dövriyyəsi 12 918,3 101,9
                o cümlədən:

ərzaq məhsulları

5 842,1 100,9
  içkilər və tütün məmulatları 686,9 100,4
  toxuculuq məhsulları, geyim və

ayaqqabılar

 2 324,6 103,5
  elektrik malları və mebellər  806,0 102,2
  kompüterlər, telekommunikasiya

avadanlıqları və çap məhsulları

 96,0 102,1
  əczaçılıq və tibbi mallar 171,2 101,8
    avtomobil yanacağı  642,4 99,9
    digər qeyri-ərzaq məhsulları      2 349,1 103,6

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,2 %i ərzaq məhsullarının, 5,3 %i içkilər və tütün məmulatlarının, 18,0 %i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 %i elektrik malları və mebellərin, 5,0 %i avtomobil yanacağının, 1,3 %i əczaçılıq və tibbi malların, 0,7 %i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 %i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2017-ci ilin yanvar-may aylarında istehlak məhsullarının 11,5 %i ticarət müəssisələri, 53,6 %i fərdi sahibkarlar tərəfindən, 34,9 %i isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 4,3 %, fərdi sahibkarlar üzrə 2,5 %, bazar və yarmarkalar üzrə 0,1 % artmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  266,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 37,2 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 134,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131,7 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər