15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanlı biznesmenin oğlunun lüks avtomobilinə həbs qoyulub

Məşhur azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxana məxsus lüks avtomobillərdən birinə həbs qoyulub.

Türkiyə mətbuatına istinadən, həbs yerli şirkətlərdən birinin tələbi əsasında həyata keçirilib. Belə ki, S. İsmayılovun şirkətə 465 min lirə məbləğində borcu var.

T. İsmayılova məxsus “Mardan Palace” hotelinin baş direktoru Səlcuk Şəntəpə də faktı təsdiqləyib. Onun sözlərinə görə, İsmayılovlar ailəsi maliyyə çətinliyi ilə üzləşib. “Mardan Palace” rəsmisi əlavə edib ki, Türkiyə iqtisadiyyatına 1,5 mlrd. dollarlıq sərmayə yatıran bir şəxslə (Telman İsmayılovla – red.) bu cür rəftar yolverilməzdir: “O, avtomobilinin həbs olunması ilə diqqət mərkəzinə düşməyə layiq deyil”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər