4 C
Baku
Friday, March 29, 2024

Azərbaycanlı gənc “Yeni sahil” adlı avtomobil modelinin dizaynını hazırlayıb (FOTOLAR)

Azərbaycanlı gənc Ramil Nəcəfov yeni avtomobil dizaynı üzərində işi başa çatdırıb.

Dizayner mənbənin müxbirinə bildirib: “Yeni sahil” adı verilən bu avtomobil ekonom sinfə aiddir. “Yeni sahil” dördnəfərlik, ön ötürücülü və beşqapılıdır. Dam boyu panoram lükü olan avtomobilin mühərrikinin həcmi 1,3 litrdir. Beşpilləli avtomat robot transmissiya sistemi ilə hərəkət edə bilən avtomobilin maksimum sürəti saatda 200 kilometrə çatır. Əyləc funksiyası dörd ədəd qırmızı antiblok əyləc sistemi vasitəsilə yerinə yetiriləcək. Avtomobil həm elektrik, həm də benzinlə işləyə bilər. Əlbəttə, bütün bu göstəricilər nəzəri cəhətdən mümkündür. Daha dəqiqini mütəxəssislər deyə bilərlər”.

R.Nəcəfov qeyd edib ki, bu dizaynı hazırlamaq üçün dörd ay sərf edib. O, layihəsinin dəstəklənməsi üçün “Yeni sahil” avtomobil modelinin dizaynını Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavoduna göndərmək niyyətindədir.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər