27 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanlı iş adamından milyard tələb edilir

Kreditorlar azərbaycanlı iş adamı, Moskvadakı Çerkizov bazarının sabiq sahibi Telman İsmayılovdan 150 mlrd. rubl tələb edirlər. “İnterfaks”a istinadən xəbərə görə, Arbitraj məhkəməsi ötən gün qeyd olunan iş üzrə dinləmələrə başlayıb.

Məlumata görə, Çerkizov bazarının 2009-cu ildə bağlanmasına baxmayaraq, T.İsmayılov kreditorlarla hələ də hesablaşmayıb. Onlar iş adamından 150 mlrd. rubl tələb etsələr də, indiyədək ümumi məbləği təxminən 27,8 mlrd. rubl təşkil edən iddialar baxılaraq, kreditorlar reyestrinə daxil edilib.

OTR-in məlumatına görə, borcluya məxsus aktivlərin ümumi dəyəri təxminən 618 mln. rubl təşkil edir.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər