16 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanlı məşhurların banklara nə qədər borcu var?

Bu gün yaşam tərzində insanların daha çox qarşılaşdığı problemlərdən biri də banklara borclu olmaqdır. Yığılan kredit borclarından tənğə gələn insanlar bu problemi bir çox hallarda çözə bilmirlər . Qeyd edək ki, sözügedən problemdəm tanınmışlar da sığortalanmayıb. Məşhurların bu problemlə üzləşib-üzləşməmələrinə aydınlıq gətirmək niyyəti ilə  sənətçilər arasında sorğu aparıb.

“Mənim tək bir borcum var”

Respublikanın xalq artisti Alim Qasımov:

– Mənim ödəyəcəyim tək bir borcum var – o da Allahadır. Şükürlər olsun ki, başqa borcum yoxdur.

“Stabil gəlirim olmadığı üçün bankdan kredit götürə bilmirəm”

Respublikanın əməkdar artisti Gövhər Həsənzadə:

– Hamımızın mənəvi borcumuz var. Amma ömürlük maddi borcum var – valideynlərimə, ən əsası da anama. Anamın kreditlərini ödəyirəm. Bankda özümün rəsmi borclarım yoxdur. Amma heç kim deməsin ki, mən banka borca, kreditə girmərəm. Bu ayıb deyil və heç kəs də bundan sığortalanmayıb. Hamının Allah halal ruzisini yetirsin ki, xeyirli işlər üçün kredit götürsün, həm banklar qazansın, həm də sənət adamları arzularını, istəklərini həyata keçirə bilsinlər. Mən də istəyərəm ki, bankdan kredit götürüm. Amma davamlı stabil gəlirim olmadığı üşün krediti götürməyə həmişə ehtiyat etmişəm. Bu səbəbdən də bankdan kredit götürməyə risk etmirəm.

“Belə bir bank yoxdur ki, Fatimənin borcu olmasın”

Rəqqasə Fatimə:

– Belə bir bank yoxdur ki, Fatimənin borcu olmasın (gülür – red.O.). Banka borcum var. Bir neçə ildir ki, özümün biznesimi qurmuşam. Rəqs məktəbi, qadın salonu, “Banu” adında toy-nişan təşkil etmək üçün qrup yaratmışam. Bu işi inkişaf etdirmək məqsədi ilə bankda böyük məbləğdə kredit götürmüşəm. Hazırda bu borcu banka ödəyirəm.

“Bankda əvvəllər borcum olub”

Xatirə İslam:

– Hazırda banklara borcum yoxdur. Amma əvvəllər bankda kredit borcum olub, onu da ödəyib qurtarmışam.

“Bankda kredit borcum var idi…”

Ataxan İsmayılov:

– 2008-ci ildə bankda kredit borcum var idi, onu da ödədim bağladım. Son zamanlar banklardan borc götürməmişəm.

”Bir maşının, bir arvadın öhdəsindən güclə gəlirəm”

Anar Nağılbaz:

– Bu gün az adam tapılar ki, banka borcu, kredit ödənişi olmasın. Bu yaxınlarda kredit borclarımı bağlamışam. Mənim adımdan ailədə istifadə olunan bir kredit kartı var, orada bir az ödəniləcək borc qalıb. 2006-cı ildən bu yana götürdüyüm bütün avtomobillərin hamısı kreditlə alınıb. Bir avtomobildən artıq avtomobil sevən deyiləm. Buna şəxsi imkanlarım da imkan vermir.

“2 ilə götürdüyüm krediti 2 aya bağladım”

Müğənni Yeganə Mürsəlova:
– Bir neçə il bundan əvvəl bankda kredit borcum olub. Avtomobil alırdım. 2 il müddətinə götürdüyüm krediti 2 ay ərzində bağladım. Sonra da bankdan borc götürməmişəm.

AZXEBER.COM

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər