21 C
Baku
Friday, April 26, 2024

Azərbaycanlı milyarder rəsmən müflis oldu

Moskva vilayətinin arbitraj məhkəməsi bu gün “AST” şirkətlər qrupunun yaradıcısı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovu müflis elan edib.
Banker.azın ANS Pressə istinadən verdiyi məlumata əsasən, bu barədə məlumat məhkəmin saytında yerləşdirilib. Bu ilin oktyabrın 5-də Rusiyada fiziki şəxslərin müflisləşməsi haqqında bir müddət əvvəl qüvvəyə minmiş qanun çərçivəsində “Moskva bankı” AST şirkətlər qrupunun, eyni zamanda, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun müflisləşməsi haqqında ərizə verib.

Oktyabrın 1-i Moskvada Arbitraj məhkəməsində verilmiş iddiayaya görə, 2012-ci ilin fevral ayından 2014-cü ilə kimi “Moskva bankı” “Ruslayn 2000” MMC və Holland Tropicano Finance B.V. şirkətinə ümumi məbləği 230 milyondan dollardan çox olan üç kredit verib. Bankın iddiasına əsasən, hər iki şirkət AST ilə əlaqəli olub və onun benefisiarı Telman İsmayılov kredit qaytarılmasına özünün müəyyən etdiyi müddəti qoyub.

İddiada deyilir ki, nə götürülən kreditin faizi, nə də, borcun özü ödənməyib. Odur ki, oktyabrın birinə kimi bütün cərimələr və gecikdirilmiş faizlərlə birgə ümumi borc 286,4 milyon dollara çatıb. Nəticədə “Moskva bankında” Telman İsmayılov xeyli vaxt ərzində pul öhdəliklərini icra etmir və ödəməqabilliyyətli olmayan kimi təqdim edilib. Bununla əlaqədar olaraq, bankın hüquqşünasları Telmanı məhkəməyə verib və onu müflis olmuş kimi tanımağı tələb edib.

Telman İsmayılov özünü müslis elan edib

Buna səbəb İsmayılovun ərizəsinə bir sıra sənədləri, həmçinin məhkəmə iddiası qaldırmağa görə dövlət rüsumunun ödənildiyini təsdiq edən qəbzi, ərizənin kreditorlara göndərilmiş surətlərini, habelə son üç il ərzində daşınmaz əmlak, qiymətli kağızlar və nizamnamə kapitalındakı payları barədə sövdələşmələri haqda sənədləri təqdim etmədiyidir.

İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən Telman hal-hazırda da Rusiyada yaşayır və “AST” Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderidir. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu “Mardan Palace” adlı otel inşa etdirib, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər