16 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanlı milyarderin oğlu dəmiryolu şirkəti alır

“LUKoil”un rəhbəri və əsas səhmdarı Vahid Ələkbərovun oğlu Yusif “Vestern Petroleum Transporteyşn” (VPT) dəmiryolu operatorunu alır.

Kommersant-a istinadən, bu şirkət 2003-cü ildən bazara girib və uzun zamandır ki, “LUKoil”un törəmə müəssisələri ilə əməkdaşlıq edir.

Təkcə 2015-ci il ərzində 109 milyon rubl gəliri olub. Şirkətin hazırda 400 dəmiryolu sisterni var və onların hamısı “LUKoil”un törəmə şirkəti – “LUKoil-Transom” tərəfindən icarədədir.

27 yaşlı Yusif Ələkbərov “LUKoil” şirkətinin 0,13% aksiyasına sahiblik edir. Vahid Ələkbərov 2015-ci ildə bəyan etmişdi ki, oğlu 2-3 ildən sonra sistemdə öz karyerasını quracaq.

Məsələ ilə bağlı Yusif Ələkbərovla əlaqə saxlamaq mümkün olmayıb, “LUKoil” isə xəbərə şərh verməkdən imtina edib.

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər