23 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanlı mütəxəssis beynəlxalq təşkilatda vəzifəyə təyin olunub

Azərbaycanlı mütəxəssis metrologiya sahəsi üzrə beynəlxalq təşkilat olan və mənzil-qərargahı Fransanın Sevr bələdiyyəsi ərazisində yerləşən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroya təyinat alıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, adıçəkilən qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri işləmiş Rəhimə Quliyeva adıçəkilən beynəlxalq təşkilatda Beynəlxalq əlaqələr və kommunikasiya şöbəsində beynəlxalq əlaqələr üzrə köməkçi vəzifəsinə təyin olunub. R. Quliyevanın əsas vəzifəsi üzv dövlətlərlə Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro arasında ikitərəfli əlaqələri genişləndirmək, keyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı həyata keçirmək və s. məsələləri əhatə edir.azerbaycanli mutexessis beynelxalq teskilatda vezifeye teyin olunub

Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro Metrik Konvensiyanın imzalanması ilə təsis olunmuş dövlətlərarası beynəlxalq təşkilatdır və Çəkilər və Ölçülər üzrə Baş Konfransın daimi fəaliyyət göstərən işçi orqanıdır. Çəkilər və Ölçülər üzrə Baş Konfransa üzv olan dövlətlər metrologiya elmi, həmçinin etalonların yaradılması və tətbiqi ilə bağlı birgə fəaliyyəti həyata keçirirlər. Bu təşkilatın işinin elmi istiqaməti ölçmələrin metrik sisteminin təkmilləşdirilməsindən ibarətdir.

Azərbaycan hökuməti adından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2015-ci ilin yanvar ayından metrologiya sahəsində əsas beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfransda assosiativ üzv və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda müxbir üzvdür.

MənbəAPA
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər