21 C
Baku
Friday, April 26, 2024

Azərbaycanlılar 11 ayda ərzağa 9 milyard manata yaxın pul xərcləyiblər

Dövlət Statistika Komitəsi məlumat yayıb.

Yanvar-noyabr ayları ərzində 17,2 milyard manat məbləğində və ya keçən ilin müvafiq dövründə olduğundan 9,7 faiz çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmçinin bu müddətdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz çox, yaxud 5,7 milyard manatlıq pullu xidmət göstərilib.

Satılmış malların 8,9 milyard manatını və ya 51,7 faizini ərzaq məhsulları, 8,3 milyard manatını qeyri-ərzaq malları təşkil edib.

Əmtəə dövriyyəsinin 12.2 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 37,9 faizi bazarlar və yarmarkalar, 49,9 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər