15 C
Baku
Friday, April 26, 2024

Azəriqaz sayğaclara qoyulan pulun limitini endirdi

İndiyə qədər qaz sayğacları üçün smart kartınızın balansını artırmaq üçün maksimum 2 min manat ödəyə bilirdiniz. Artıq bu rəqəm 100 manata endirilib. Banker.az “Xəzər Xəbər” istinadən məlumat verir ki, ödəmə terminallarında bu haqda elan yerləşdirilib.

“Azəriqaz” İstehsalat Biriyinin mətbuat katibi İbrahim Kərbalayevin sözlərinə görə, Tarif Şurasının təbii qazın qiymətinin diferensiyallaşdırılması ilə bağlı müvafiq qərarından sonra bu addım atılıb. Limitin qoyulmasına səbəb sırf texniki məsələdir.

Kartınızdaki 100 manatı sayğaca yükləyəndən sonra yenə balansınızı 100 manat artırmaq istəsəniz yalnız 1 dəfə şans veriləcək.

Proses sadəcə bir aylıq nəzərdə tutulub. Gələn ilin yanvarın 1-dən ödəmə əvvəlki qaydada aparılacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər