24 C
Baku
Wednesday, June 26, 2024

“Azərkosmos” 10 il ərzində 590 mln. manat gəlir əldə edib

“Azərkosmos” Azərbaycanın ilk telekommunikasiya peyki  fəaliyyətinə başladığı 10 il ərzində 590 milyon manat gəlir əldə edib.

Bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) publik hüquqi şəxsin 2023-cü ilin yekunlarına dair hesabatında qeyd olunub.

Bildirilib ki, 2023-cü ildə 45-dən çox ölkənin 200-dək şirkətinə telekommunikasiya, optik peyk və teleport xidmətlərimiz təqdim olunub. Bu xidmətlər sayəsində 48 milyon manat həcmində gəlir əldə edilib. Xidmətlər üzrə gəlirlilik baxımından böyük pay sahibinə malik ölkələr arasında Birləşmiş Krallıq, Lüksemburq, BƏƏ, Almaniya, Nigeriya və Pakistan ilk sıralardadır.

Telekommunikasiya peyklərinin resurslarının istifadə dərəcəsi beynəlxalq trendlərə uyğun olaraq, demək olar 80 faizdir. 2023-cü maliyyə ili ərzində “Azərkosmos” üçün ən vacib məqamlardan biri də uzunmüddətli dövrdə peyk layihələri ilə bağlı xarici valyutada götürülmüş kredit öhdəliklərinin tam ödənilməsidir. “Azərkosmos” “BNP Paribas” bankı qarşısında olan kredit öhdəliklərini yekunlaşdırıb.

Belə ki, “Azerspace-1” peykinin istehsalı üçün ABŞ-ın “Orbital Sciences” (indiki Northrop Grumman Innovation Systems şirkəti) korporasiyasına ödənişlərin maliyyələşdirilməsi məqsədilə ABŞ-ın İxrac-İdxal Bankı ilə əməkdaşlıq nəticəsində 2011-ci ildə kredit sazişi imzalanıb və ümumi məbləği 116.6 milyon ABŞ dolları olan kredit əldə edilib. 2013-2022-ci illər ərzində kredit ödənişləri heç bir gecikmə olmadan vaxtlı-vaxtında icra olunub. 2023-cü ildə kredit sazişi üzrə öhdəliklər tamamilə bağlanıb. Bu da öz növbəsində Agentliyin uzunmüddətli öhdəliklərinin yerinə yetirilməsində kifayət qədər dayanıqlı olduğunun göstəricisidir.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər