26 C
Baku
Wednesday, April 24, 2024

“Azərkosmos” ASC açıq tender elan edir

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Naxçıvan MR-də yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində antena meydançasının və onunla əlaqədar digər obyektlərin tikintisi və yenidənqurma işlərinin satınalınması məqsədilə açıq tender elan edir.

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Naxçıvan MR-də yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində antena meydançasının və onunla əlaqədar digər obyektlərin tikintisi və yenidənqurma işlərinin satınalınması.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmalıdır.

Tenderdə iddiaçı kimi iştirak və tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-şirkətin tam adı, hüquqi statusu, rekvizitləri haqqında məlumat, təsis sənədləri;

-FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət standartlarına uyğun olaraq bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə dair lisenziyasının və onun əlavəsinin surəti;

-şirkətin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

Qeyd olunan sənədlər tender prosedurunun başlanmasına ən azı 7 bank günü qalmış təqdim olunmalıdır:

-tenderdə iştirak etmək üçün müraciət edənlərin satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalıdır;

– maliyyə durumu qənaətbəxş olmalıdır;

-xidmət göstərən satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə təcrübə olmalıdır;

– texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalıdır.

 Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalıdır, satınalma prоsedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaхud satınalma müqaviləsinin bağlanması üçün iхtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum оlunmalı, yaхud оnların müvafiq peşə fəaliyyətləri ilə məşğul оlmasının məhkəmə qaydasında qadağan edilməməsi olmalıdır.

Tenderdə iştirak haqqı 170 (yüz yetmiş) manatdır və heç bir halda geri qaytarılmır. Tenderdə iştirak haqqı “Azərkosmos” ASC-nin aşağıdakı bank hesabına ödənilməlidir:

Bankın adı: “Azərpoçt” MMC PF1

Bankın kodu: 691011

VÖEN: 9900037711

M/h: AZ76NABZ01350100000000094944

H/h: AZ77AZPO91015461200420100090

S.W.İ.F.T. AZPOAZ22

Tender təklifinin qüvvədə olma müddəti 30 bank günü.

Bank zəmanətinin məbləği tender təklifinin ümumi qiymətinin ən azı 1 faizi məbləğində, bank zəmanətinin qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır.

İşlər müqavilə imzalandığı gündən başlayaraq 3 ay müddətinə təhvil verilməlidir.

Tender təkliflərinin seçilməsi zamanı üstünlük verilən şərtlər

Qalib iddiaçı, tender təklifinin və iddiaçının tenderin əsas şərtlər toplusuna uyğunluğunun dəyərləndirilməsi və tender təkliflərinin bir-biri ilə müqayisəsi nəticəsində maliyyə və ixtisas meyarları əsasında seçiləcəkdir.

Tender təklifi (bank zəmanəti ilə birgə) 25 may 2017-ci il Bakı vaxtı ilə saat 18.00-a qədər “Azərkosmos” ASC-yə (ünvan: Bakı, AZ1000, Üzeyir Hacıbəyli küçəsi, 72, 5-ci mərtəbə) təqdim edilməlidir.

Tender proseduru 26 may 2017-ci il Bakı vaxtı ilə saat 11.00-da “Azərkosmos” ASC-nin böyük iclas zalında (yuxarıda qeyd olunan ünvanda) başlayacaqdır.

Tender barədə əlavə məlumat almaq üçün “Azərkosmos” ASC-yə müraciət etmək olar.

a) elektron poçtla: [email protected]

b) telefonla: (+994) 12 5650055.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər