14 C
Baku
Tuesday, April 16, 2024

“Azərkosmos ilk rübdə 3,4 mln. dollar gəlir əldə edib

2018-ci ilin ilk rübü üçün “Azərkosmos”un gəlirləri açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin aprel sayı təqdimində deyilir.

Göstərilib ki, 2018-ci ilin I rübündə “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk 3 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 3,4 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib.

“Azərkosmos” ASC-nin 2018-ci ilin I rübündə xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.infoqrafika 6

Son xəbərlər
Digər xəbərlər