5 C
Baku
Friday, March 29, 2024

“Azərpoçt” I yarımillikdə pul köçürmələrinin sayını 4% artırıb

“Azərpoçt” MMC (Azərbaycanın milli poçt operatoru) 2014-cü ilin I yarısında 800,031 min pul köçürmələrinin qəbulunu həyata keçirib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 4% çoxdur. Bu barədə cəmiyyətin məlumatında deyilir.

Məlumata əsasən, hesabat dövründə “Azərpoçt” 751,85 min pul köçürmələri üzrə ödəniş həyata keçirib.

Qeyd olunan dövrdə “Azərpoçt” vasitəsilə “Zolotoya korona” beynəlxalq sistemi ilə pul köçürmələrinin sayı 91 268, ümumi dövriyyə 34 mln. 867,003 min manat təşkil edib. Bununla yanaşı, bu sistemlə qəbul edilmiş və ödənilmiş köçürmələrin dövriyyəsi 1 mlrd. 27 mln. 804,06 min rubl, $32 mln. 37,468 min və 239,903 min avro təşkil edib. Bu vəsaitlərin dövriyyəsindən cəmiyyətin ümumi gəliri 805 min manat olub.

2014-cü ilin I yarısında “Western Union” sistemi ilə pul köçürmələrinin dövriyyəsi 1 mln. 152,065 min manat, əldə edilmiş komissiya gəliri 18,317 min manat təşkil edib.

Hesabat dövründə «Contact» sistemi ilə pul köçürmələrinin dövriyyəsi 836,062 min manat, komissiya gəliri 4,41 min manat olub.

Həmçinin I yarımillikdə cəmiyyətin poçt şöbələri 3 mln. 232,581 min daxili adi və sifarişli yazılı korrespondensiyanın qəbulu və göndərilməsini həyata keçirib, bu isə 2013-cü ilin analoji dövrünün göstəricisindən 14,3% çoxdur.

Bu dövrdə “Azərpoçt”un şöbələri 64,184 min beynəlxalq banderol və adi məktubun qəbulunu həyata keçirib (artım 5,4%).

“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdudlaşdırılmış lisenziya verib.

İnterfax.az

Son xəbərlər
Digər xəbərlər