13 C
Baku
Friday, April 26, 2024

Azərpoçtun hansı maliyyə xidmətləri var?

Müasir dövrdə banklarla yanaşı bəzi maliyyə əməliyyatları üçün poçtlara da müraciət etmək mümkündür. “Azərpoçt” MMC-nin poçt şəbəkəsində olan filiallar vasitəsi ilə də maliyyə xidmətlərini reallaşdıra bilərsiniz ki, bu xidmətlərə sığorta şəhadətnamələrinin satışı, pul baratlarının qəbulu, çatdırılması və s. göstərmək olar. Poçt vasitəsi ilə göstərilən maliyyə xidmətləri aşağıdakılar aiddir: 

  • Kommunal xidmət haqlarının yığılması;
  • Pul baratlarının qəbulu və çatdırılması;
  • Telefon abunə və danışıq haqlarının yığılması xidməti;
  • Mobil rabitə operatorlarının abunə və danışıq haqlarının yığılması xidməti;
  • Pensiya və müavinətlərin ödənişi xidməti;
  • Sürətli pul köçürmə xidmətləri;
  • Sığorta Şəhadətnamələrinin satışı.

Qaz, elektrik enerji, su və kanalizasiya kommunal xidmətləri üzrə haqlarının yığılması həyata keçirilir, eyni zamanda abonentlərin təbii qaz haqlarına olan borcları göstərən bildirişlər çatdırılır.

Pul baratlarının (moniqramlar) qəbulu və çatdırılmasına gəldikdə isə bu sistem yalnız Azərbaycan Respublikasının daxilində göndərilmək üçün nəzərdə tutulmuşdur. Sistem Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanmış, “On Line” sistemi üzrə işləyən xüsusi proqram əsasında fəaliyyət göstərir ki, ən geci 15 dəqiqə ərzində ötürülməni həyata keçirir və müvafiq rəsmiləşdirmədən sonra respublikanın şəhər və rayonlarında dərhal, digər yaşayış məntəqələrində isə 1-2 gün müddətində ödənilir.

Respublikanın kənd yerlərində yerləşən və hələlik kompüter olmayan poçt şöbələri tərəfindən qəbul edilən moniqramlar həmin şöbələrdən rayon mərkəzlərinə telefonla ötürülür və oradan kompüter vasitəsi ilə şəbəkəyə verilir. Belə poçt şöbələrinin xidmət ərazisinə ünvanlanmış moniqramlar da həmin poçt şöbəsinə rayon mərkəzindən müvafiq qaydada telefonla ötürülür ki, əməliyyatlar 30 dəqiqə çəkir. Adi poçt pul baratlarının da qəbulu və işlənilməsi eyni ilə moniqramlarda olduğu kimidir. Əsas fərq isə ancaq 5 gündən sonra ödənilmənin mümkünlüyüdür.

“Aztelkom”İB, “BTRİB”, “Azərcell”BM, “Bakcell”BM, “Ultel”BM və “Katel”BM-ləri ilə bağlanmış müqavilələrə əsasən abonentlərdən aylıq abunə və şəhərlər-arası telefon danışıq haqları qəbul olunur. Eyni zamanda “Aztelkom”İB-nin,”BTRİB”-nin və “Azərcell”BM-nin abonentlərinə və Azərekspresspoçt tərəfindən telefon danışıq borclarının bildirişləri, fakturaları çatdırılır. Mobil rabitə operatorlarının abunə və danışıq haqlarının yığılması xidmətinə gəldikdə isə “Azercell” BM-nin mobil telefonlarından bütün poçt şöbələrində əhaliyə telefon danışıq xidməti göstərilir. Bundan əlavə “Azercell” BM-nin və “Bakcell” MMC-nin abunəçilərindən aylıq abunə və ŞAD haqlarının yığımı həyata keçirilir.

Son zamanlar əhaliyə pensiya və müavinətlərin ödənilməsi əsasən elektron formada yəni bankomatlarla aparılır. Buna baxmayaraq bəzi şəhər və kəndlərdə əhaliyə pensiya və müavinətlər ünvanlara çatdırılır. Bankomatlardan istifadə etməyi bacarmayan və bankomatların yerləşdiyi yerə getmək üçün əlavə vaxt və məsrəf tələb olunduğu üçün əksər təqaüdçülər poçt xidmətinə üstünlük verirlər.

Poçtdan daha bir xidmət isə sürətli pul köçürmələri ilə bağlıdır. Bu sistemlər vasitəsi ilə dünyanın istənilən nöqtəsinə ən qısa vaxt kəsiyində təcili pul köçürmələrini həyata keçirmək mümkündür. Hal-hazırda “Azərpoçt” MMC-nin bir sıra şöbələri “Western Union”, “Contact”, “Caspian Money Transfer” beynəlxalq pul köçürmələri sisteminə qoşulmuş və əhalinin istifadəsinə verilmişdir.

Təcili pul köçürmələri sistemlərinin əsas üstünlükləri aşağıdakılardır:

  • Operativlik – bank hesabı açılmadan ən qısa zamanda rəsmiləşdirmə;
  • Sürətlilik – cəmi 5-15 dəqiqə ərzində vəsaitin təyin olunan məntəqəyə çatdırılması;
  • Rahatlıq -geniş şəbəkə vasitəsilə pulun köçürülməsinin rahatlığı;
  • Təhlükəsizlik – hər bir sistem üzrə xüsusi təhlükəsizlik sistemlərinin mövcudluğu.

Hal-hazırda “Azərpoçt” MMC bütün Regional Poçt Filiallarında fəaliyyət göstərən avtomobillərin icbari sığortası və sığorta şəhadətnamələrinin satışı proseduraları əməliyyatçılar tərəfindən əhaliyə tam şəkildə izah edilərək həyata keçirilir. “Atəşgah” ASC və “AtaSığorta” ASC sığorta şirkətləri sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə, sığortalıların və sığortaçıların hüquq və mənafelərinin qorunmasına yönəldilən, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsinə, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyətinin göstərilməsinə və sığorta müqavilələrindən irəli gələn münasibətlərin tənzimlənməsinə dair müqavilə imzalanmışdır.

Tariflər haqqında ətraflı məlumatı aşağıdakı fayldan əldə edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər