13 C
Baku
Friday, April 26, 2024

“Azərsığorta” ili mənfəətlə bitirsə də, balans göstəriciləri zəifləyib

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) ötən ili mənfəətlə bitirib.

Banker.az xəbər verir ki, bu barədə Azərsığorta-nın 2017-ci ilə olan maliyyə hesabatında deyilir.

Hesabata görə, ötən ilin 4 rübü ərzinə Azərsığorta 48,83 mln. manatdan çox gəlir əldə edib. Şirkətin cəmi xərcləri 45,2 mln. manat təşkil edib. Beləliklə ili 3,63 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da ötən illə müqayisədə 4% daha çox olması deməkdir.

Balansa aid göstəricilərdə vəziyyət yaxşı deyil

Lakin, Azərsığorta-nın aktivləri ilin əvvəli ilə müqayisədə sonunda 18% kiçilib. Belə ki, cəmi aktivləri 5,6 mln. manat azalaraq 25,55 mln. manat təşkil edib. Hesabatı analiz etdikdə məlum olur ki, azalma həm, uzunmüddətli həm də, qısa-müddətli aktivlərdə baş verib.

Sığorta ehtiyyatlarının 100%-in təşkil etdiyi  qeyri-həyat sığortası sahəsi üzrə ehtiyyatları 36% azalıb. Hesabata görə, sığorta ehtiyyatları  hazırda 10,75 mln manata təşkil edir.

Hazırda cəmi öhdəlikləri 10 mln., cəmi kapitalı isə 14,57 mln. manat təşkil edir.

Qeyd edək ki, Azərsığorta-nın nizamnamə kapitalı hazırda 9 mln. manat təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər