15 C
Baku
Friday, March 29, 2024

“Azərsığorta”dan yanan evə görə – 4900 MANAT ÖDƏNİŞ

“Azərsığorta” Dövlət Sığorta şirkəti mart ayında danışmaz əmlakla bağlı ən böyük ödəniş edib. Şirkətdən fins.az-a verilən məlumata görə, Yevlax şəhərində yanğın nəticəsində vətəndaşa məxsus evin bir hissəsi yanıb. Yanğının səbəbi elektrik  naqillərində baş verən qısa qapanma olub. Həmin ev daşınmaz əmlakın icbari sığortası ilə sığortalandığı üçün “Azərsığorta” hadisə ilə əlaqədar olaraq ona 4900 manat ödəniş edib. Şirkətdən verilən məlumata görə, bu ümumiyətlə 2014-cü ilin 1-ci rübündə şirkətin daşınmaz əmlak sığortası ilə bağlı ən böyük ödənişidir.

Xatırladaq ki, daşınmaz əmlakın icbari sığortası üçün illik sığorta haqqı Bakıda 50 manat, Gəncə Sumqayıt və Naxçıvanda 40 manat, digər şəhər və rayonlarda isə cəmi 30 manat təşkil edir. Hadisə baş verdikdə bu sığorta müqabilində Bakıda 25 000 manat, Gəncə Sumqayıt və Naxçıvanda 20 000 manat, digər şəhər və rayonlarda isə cəmi 15 000 manata qədər sığorta ödənişi almaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər