14 C
Baku
Thursday, April 25, 2024

Azadlığa görə sərvətindən imtina edən şəxs kimdir?!

Avstriyalı milyoner Karl Rabeder sahib olduğu 5 milyon dollar dəyərində olan sərvətini xeyriyyə məqsədilə sərf etməyə qərar verib. O sərvətindən özünə “1 qəpik” belə saxlamayıb və bunu pulların onu qətiyyən xoşbəxt etmədiyini anladıqdan sonra etməyə qərar verib.

47 yaşlı biznesmen bazar dəyəri 2 milyon dollar olan villasını, həmçinin Provansda yerləşən rahat mənzilini satmaq qərarına da gəlib. Milyonçu artıq 6 kater, Audi-A8 avtomobilini və özünün dizayner biznesini satıb.

O demişdir: “Mən heç nəsiz qalmaq istəyirəm. Tamamilə heç nəsiz. Mənə xoşbəxtlik bəxş etməli olan pullar əksinə xoşbəxt olmağıma mane olur”.

Özünün bədbəxtlik mənbəyi olan pullardan azad olduqdan sonra Karl Rabeder İnsburqda kiçik bir ev almaq niyyətindədir. Onun bütün pulları Latın Amerikasında yoxsulların işə düzəldilməsi ilə məşğul olan xeyriyyə fonduna yatırılacaq.

Rabederin sözlərinə görə, o yoxsul ailədə dünyaya gəlib və varlı olmaq üçün çox zəhmət çəkməli olub. Lakin o nə qədər çox pul qazandıqca, bir o qədər xoşbəxt olmadığını anlamağa başladı. O bununla bir növ arzusunda olduğu azadlığı əldə etdi. Bütün maddiyatdan kənar azadlığı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər