13 C
Baku
Saturday, April 27, 2024

AZAL xanımlar arasında təyyarə bələdçilərinin işə qəbulunu elan edir

“Azərbaycan Hava Yolları” QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, sənəd qəbulu sentyabrın 1-dən oktyabrın 1-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan; azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

– şəxsiyyət vəsiqəsi;

– bir fotoşəkil (3х4);

– xarici pasport;

– diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır. Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74).

INTER AZ

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər