Dostunuz sizdən zamin durmağı xahiş edirsə...
- Bunları bilmək faydalıdır
- Nəşr edilib 16.05.2012 13:33
Yaxın dostunuz bankdan bir neçə illiyə pul krediti götürmək istəyir və sizdən ona zaminlik etməyi xahiş edir. Söz yox ki, o çox qanacaqlı-qabiliyyətli bir insandır, amma söhbət çoxlu sayda sıfırları olan bir məbləğdən gedir! Axı məlumdur ki, yoldaşının ödəmə qabiliyyətli olmadığı andan etibarən, məhz zamin duran şəxs bank qarşısında həmin kreditə görə maliyyə öhdəliyi daşıyır. Siz nə razılaşa bilmirsiniz, nə də yox demək olmur, axı siz ən yaxın dostunuzun qəlbinə dəymək istəmirsiniz. Bəs onda nə etməli?
Zamin duran şəxs kreditor qarşısında borc götürən şəxslə bərabər səviyyədə məsuliyyət daşıyır, borc götürən zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər mülki qanunvericilikdə və ya zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, zamin və borclu birgə məsuliyyət daşıyırlar. Bura -həm əsas məbləğin, həm faizlərin, həm də borclu şəxsin kreditor qarşısında öz öhdəliklərini yerinə yetirməsi və ya lazımınca yerinə yetirməməsinə görə kreditora dəymiş zərərin və borca görə cərimələrin, həmçinin məhkəmə xərclərinin ödənməsi də daxildir.
Siz gərək dostunuzun nə üçün kredit götürdüyünü, onun ödəmə qabiliyyətini araşdırasınız və yalnız bundan sonra «hə» və ya «yox» demək olar
«Hə» demək
Dost dar gündə tanınar. Bəlkə doğurdan o, insana məhz indi sizin köməyiniz lazımdır. Özünüzü onun yerinə qoyun, bir gün sizin də kredit götürməyə ehtiyacınız ola bilər (mənzil və ya ev almaq üçün), onda sizə də zamin lazım olacaq. Bəs onda siz kimə üz tutacaqsınız, əlbəttə ki dostlara.
«Yox» demək
Gəlin diqqət yetirək ki, zaminlik əslində nə deməkdir. Siz bu zaman bank üçün müştərinin ödəmə qabiliyyətli olmasının təminatına çevrilirsiniz və bank da bunun nəticəsində udur. Müştəri də kredit alır, onun da maraqları təmin edilmiş olur. Zamin isə öz üzərinə maliyyə riskləri götürür, bunun əvəzinə isə heç nə əldə etmir.
Müqaviləyə görə borclu Şəxs qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Zamin Şəxs qarşısında borclunun öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır.
Zamin borclunun Şəxs qarşısındakı öhdəliklərinin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi haqqında Şəxsin bildirişini aldığı gündən 5 (beş) gün ərzində borclunun Şəxs qarşısındakı öhdəliklərini yerinə yetirməyə borcludur.
Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər mülki qanunvericilikdə və ya bu müqavilədə və ya ona əlavədə zaminin
subsidiar məsuliyyəti nəzərdə tutulmamışdırsa, zamin və borclu birgə məsuliyyət daşıyırlar.
Mövcud qanunvericiliyə əsasən, kreditin geri qaytarılmadığı təqdirdə, bankın həm borc götürənə, həm də birgə məsuliyyət normasına uyğun olaraq, onun zamininə qarşı məhkəmə iddiası qaldırmaq hüququ vardır. Bu o deməkdir ki, bu borcu sizdən məcbur şəkildə məhkəmə icraçılarının xidməti vasitəsi ilə ala bilələr (sizin maddi vəsaitləriniz və ya əmlakınıza yönəltməklə). Sonra isə siz başqa bir məhkəmə vasitəsi ilə bu itirdiklərinizi, bir vaxt yaxşı insan hesab etdiyiniz dostunuzdan geri almağa çalışacaqsınız.
Insanlar belə deyir:
«Dostunu itirmək istəyirsənsə – ona borc pul ver».
«Dostluğu və maliyyə məsələlərini bir-birindən ayırın!»
«Pul münasibətləri başlayan yerdə, dostluq başa çatır ».
«Dostuna etibar et, amma pulunu ayrı tut! »
Ona deyin ki, zaminlik sizə görə olan bir iş deyil, sizin bundan başınız çıxmır, ona görə ona belə bir xidmətdə heç bir köməklik edə bilməzsiniz. Sizə verilən bu çətin suala tez və asan şəkildə «yox» cavabı verin. Elə ki siz zamin oldunuz, onda özünüzü sanki həmin insanın həyatında baş verən bütün hadisələrdən asılı hesab edirsiniz. Siz rahatlığınızı itirir və öz gələcəyiniz ilə bağlı əminsizlik hissi tədricən sizin içinizi dağıdır. Axı siz razılaşsanız, əlbəttə ki, bu sizə əlavə baş ağrısı yaradacaq, axı siz bilirsiniz ki, dostunuz pulu dərhal və ya vaxtından qabaq qaytarmağa hazırlaşmır. Bəs siz özünüzü bəlkə də on il müddətinə daimi gərginlik altında saxlamağa hazırsınız?
Əgər həmin insanın xətrinə dəyməkdən ehtiyat edirsinizsə, imtina etməyiniz səbəbini belə izah edin
1. Ola bilsin ki, yaxın müddətdə siz özünüz də kredit götürməli oldunuz, onun maksimal məbləği isə sizi aylıq gəlirlərinizdən asılı olaraq tərtib olunacaq. Bu gəlirlər isə aşağıdakı formula uyğun şəkildə hesablanacaq : «əsas əmək haqqı –(vergilər, ödənmişlər+ alimentlər, tutulmuşlar+ cari qüvvədə olan kreditlər üzrə aylıq ödənişlər +cari qüvvədə olan zaminlik üzrə aylıq ödənişin 50%). Başqa sözlərlə desək, sizin on zamin durmağınız, aldığınız kredit məbləğinin nəzərə çarpacaq qədər azalmasına səbəb olacaq.
2. Dostunuza başqa bir banka müraciət etməyi tövsiyə edin –elə banklar var ki, zaminlik olmadan da kredit verir. Zaminlik əvəzinə onlar borc götürənin həyatını və əmək qabiliyyətini sığortalayır və ya borc götürən şəxsin mülkiyyətində olan hər hansı bir əmlakı (maşın və ya mənzil) girov saxlamaqla kredit verir. Bəs necə «əcəb yaxşı dostdur» -öz əmlakını risk altına salmaq istəmir, amma sizi təhlükə altına qoymaq onun heç vecinə deyil.
3. Çox gözəl bir imtina variantı uydurun. Məsələn, «Mən artıq başqa bir adama zamin durmuşam, biz elə təzə tanış olmuşduq ki, adama təcili pul lazım oldu. Bilirsən də, eyni vaxtda iki-üç yerdə zamin durmaq olmaz. Bankda bunu bilsələr, sənə kredit verməkdən imtina edəcəklər».
4. Mübahisə olması çətin olan daha orijinal bir məsələyə istinad edərək, imtina etməyə çalışın (məsələn dinim icazə vermir, ya da ulduzların düzülüşü mənə deyir ki, bu aralar istənilən bir maliyyə əməliyyatından uzaq olum).
Əgər siz «yox» deməyə qərar vermisinizə, heç bir zaman vidan əzabının sizi incitməsinə yol verməyin. Siz pis heç bir şey etməmisiniz. Pul araya girən yerdə, dostluğa yer yoxdur. Yalnız soyuq və aydın beyinlə qərar vermək lazımdır. Əgər o, həqiqi dostdursa, sizə sərbəst seçim etmək imkanı verəcək və sizin imtina etməyinizə də anlayışla yanaşacaq, bunu düzgün başa düşəcək.
Xülasə: maliyyə məsələlərinin həlli zamanı bu formula riayət edin: əgər məbləğ sizin üçün elə əhəmiyyətli görünmürsə, onunla risk etmək olar. Amma siz də olmayan, ya da sizin «hər şeyinizi» əhatə edən bir məbləğlə risk etməyin. Məsələn, «bütün olanlarımı satsam da yenə də bu borcu qaytara bilmərəm» –deyə fikirləşirsnizsə, onda zamin durmayın.
