16 C
Baku
Friday, April 26, 2024
Ev Blog

Kanada İrana qarşı sanksiyaları genişləndirib

Kanada İrana qarşı sanksiyaları genişləndirib.

Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sanksiylar siyahısına İrananın müdafiə naziri və Baş qərargah rəisi də daxildir.

Ağdamda “Hilton” oteli tikilir

Ağdamda daha bir yaşayış məhəlləsinin inşasına başlanılacaq

Banker.az xəbər verir ki, Ağdam şəhəri Azərbaycan dövləti tərəfindən yenidən salınır.  Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Bu məqsədlə “Agdam City Hotel” və “Hilton Garden Inn” layihələri icra edilir.

Şəhərdə İşğal və Zəfər muzeyləri kompleksi də yaradılır. Kompleks İşğal muzeyindən başlayacaq və Zəfər muzeyi ilə başa çatacaq. Onların arasında isə Xatirə bağı yerləşəcək. Ərazidə dağıntılar olduğu kimi saxlanılacaq.

 

“Ərəb ölkələrinin Azərbaycan çiyələyinə marağı artıb”

Ötən illə müqayisədə bu il Azərbaycanda çiyələk istehsalı və ixracının həcminin minimum 30-40 faiz artacağı gözlənilir.

Bunu Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının (GİİA) sədri Nemət Seyfullayev deyib.

Onun sözlərinə görə, aprelin əvvəlindən çiyələyin istehsalına, təxminən 1 həftə əvvəl isə ixracına başlanılıb. İstehsal və ixracın artmasının əsas səbəbi əkin sahələrinin genişlənməsi və soyuducu depoların sayının çoxalmasıdır: “Bu il giləmeyvələr üçün əlavə 4 yeni soyuducu depo işə başlayıb. Giləmeyvə çox həssas məhsul olduğundan onun saxlanılması çətinlik yaradır. Adi depolar giləmeyvələrin saxlanılması üçün sərfəli deyil, ona görə də xüsusi depoların yaradılmasına ehtiyac duyulur”.

N.Seyfullayev qeyd edib ki, ötən illərdə olduğu kimi, bu il də çiyələyin əsas ixrac bazarı Rusiya olacaq. Cari ildə Rusiya ilə yanaşı, Qazaxıstan, Türkmənistan və digər MDB ölkələrinə, həmçinin, Körfəz ölkələrinə ixrac nəzərdə tutulur. Ərəb ölkələrinin Azərbaycan çiyələyinə marağı artıb. Bu istiqamətdə məqsədə çatmaq üçün görüşlər keçirilir, müqavilələr bağlanılır”.

 

Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu

Taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması avtomobil bazarında ucuzlaşmaya səbəb olub.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Qeyd edilib ki, mart ayında avtomobil bazarında qiymət azalmaları müşahidə olunub. Bu, əvvəlki dövrdə taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması ilə bağlıdır.

Belə ki, dəyəri 10 min manatadək olan avtomobillərin qiyməti mart ayında 7.6 faiz azalıb. Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiymətində 0.5 faiz artım qeydə alınıb.

Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.

 

Putin mayda Çinə gedəcək

Rusiya Prezidenti Vladimir Putin may ayında Çinə səfər etməyi planlaşdırdığını açıqlayıb.

O, bu haqda Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) qurultayında çıxış edən zaman danışıb.

“Mən may ayında Çinə səfər etməyi planlaşdırıram”, – dövlət başçısı bildirib.

Qeyd edək ki, Putin dəqiq tarixi açıqlamayıb. Lakin göstərilən ayı nəzərə alsaq, bu, Rusiya Prezidentinin seçkilərdən sonra ilk xarici səfəri ola bilər.

Danimarka Ukraynaya hərbi yardımını artıracaq

Danimarka hakimiyyəti bu il Ukraynaya hərbi yardımı 630,5 milyon dollar artırmaq niyyətindədir.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunur ki, 2023-cü ildən 2028-ci ilə qədər Danimarkanın Ukraynaya yardımı təxminən 9,3 milyard dollar təşkil edəcək.

“Hökumət və Danimarka parlamentindəki partiyaların böyük əksəriyyəti 2024-cü ildə Ukraynaya hərbi dəstəyi 4,4 milyard kron artırmağa razıdır… Artımla Ukrayna fondu çərçivəsində hərbi dəstəyin ümumi həcmi ümumilikdə 64,8 milyard kron təşkil edəcək”, – deyə məlumatda bildirilir

İlham Əliyev Almaniyada səfərdədir

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

Unudulmaz və tarixi uçuş: Füzulidən Berlinə! Möcüzələr inandığınız zaman baş verir!” – dövlət rəsmisi bildirib.

Ötən il 13 manata satılırdısa, indi bir kisə soğanın qiyməti 5 manatdır

Bərdədə payızlıq soğanın yığımına başlanılıb. Sahələrdə soğanın qiyməti keçən illə müqayisədə xeyli ucuzdur.

“Qarabağ-Aran Soğan istehsalçıları və İxracatçıları Assosiasiyası” İB-nin sədri Vüqar Babayev bildirib ki, ölkəmizdə soğan istehsalı daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir.

“Cari ilin məhsulu üçün Qarabağ-Aran regionunda ümumilikdə 1200 hektar payızlıq soğan əkilib ki, onun da 700 hektarından çoxu Bərdə rayonu ərazisindədir. Bərdəli fermerlər əsasən payızlıq soğan becərirlər. Bu il soğan əkini sahələri ötən illə təxminən eyni olsa da, qiymətlər xeyli ucuzdur. Belə ki, keçən il sahədə bir kisə (30-35 kiloqram) soğan ilkin yığım vaxtı 13 manata satılırdısa, hazırda bir kisə soğanın qiyməti 5 manatdır. Ucuzlaşmanın səbəbindən biri ölkəmizə xaricdən soğan idxal olunmasıdır. Qış aylarında ölkəmizə xaricdən soğan idxal olunması nəticəsində yerli fermerlərin məhsulu anbarlarda qaldı. Bazarda təklif tələbi üstələdi. Buna görə təzə soğanın qiyməti də ucuzdur. Mövcud qiymətlər isə fermerləri qane etmir. Əgər istehsal edilən məhsul xaricə ixrac edilərsə, fermerlər də mənfəət əldə edərlər”, – deyə V.Babayev bildirib.

Qeyd edək ki, payızda əkilən soğanın yığımı mayın sonunadək davam edəcək. Yazda əkilən soğan isə avqust ayında yığılacaq.

Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

Azərkosmos” Özbəkistanın Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi – “Uzbekkosmos” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

“Azərkosmos”dan bildirilib ki, Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin toplantısı çərçivəsində imzalanan müqavilədə Azərbaycan və Özbəkistan arasında kosmik sahədə fəaliyyətlərin genişləndirilməsi nəzərdə tutulub.

İkitərəfli əməkdaşlıq çərçivəsində “Azərkosmos” Özbəkistanın ərazisində torpaqların şoranlıq dərəcəsinin ilkin qiymətləndirilməsi üçün pilot layihə həyata keçirəcək.

Ümumiyyətlə, Özbəkistanın su ehtiyatlarının əsas hissəsi, 80-90 faizi əkinçilik ehtiyacları üçün istifadə olunur. Bu sahədə quraqlıq sahələrinin qiymətləndirilməsində peyk texnologiyaların istifadəsinə geniş yer verilir. Sözügedən layihə çərçivəsində də “Azərkosmos”un kosmik həlləri və coğrafi informasiya xidmətləri üzrə təcrübəsi əsasında torpaqların şorlaşma dərəcələrini müəyyən etmək mümkün olacaq. Həmçinin, bu sahədə Azərbaycan və özbək mütəxəssisləri arasında təcrübə mübadiləsi də aparılacaq.

Qeyd edək ki, hazırda dünyada iqlim, peyk və ətraf mühit məlumatlarını birləşdirən quraqlıq ərazilərin indeksləri hazırlanıb. Peyk təsvirləri ilə toplanmış məlumatlar torpaqların quru səthinin temperaturu, buxarlanma, torpaq rütubəti və yağıntı daxil olmaqla quraqlıqla bağlı bir neçə əsas dəyişənləri qiymətləndirmək üçün istifadə edilir.