8 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda şirkət rəhbərlərinin 88%-i manatın məzənnəsindən narahatdır

Azərbaycanda şirkət rəhbərlərinin (CEO) 88%-i milli valyutanın məzənnəsi ilə bağlı ehtimal edilən qeyri-sabitlikdən narahatdır.

Bu “PwC Azerbaijan” audit şirkətinin keçirdiyi 2-ci illik CEO araşdırması zamanı bəlli olub.

“PwC”nin aparıcı mütəxəssisi Vədat Ralə isə deyib ki, CEO-ların bir çoxu vergi yükünün artmasından narahatlıq keçirir.

“CEO-ların 83%-i kadr çatışmazlığını və biznesə inamın olmamasını risk potensialı kimi görür. Onların 75%-i isə istehlakçının davranışının və xərclərinin dəyişməsini real risk kimi görür”, – deyə o, qeyd edib.

“PWC Azerbaijan”ın rəhbəri Mövlan Paşayev isə bildirib ki, bu araşdırmanın nəticəsində əsəsən, bu il Azərbaycanda 1-2% iqtisadi artım gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər