15 C
Baku
Friday, April 26, 2024

“Azercell”in keçmiş direktoru baş nazir postundan getdi

Moldovanın baş naziri Kiril Qaburiç verdiyi sözü yerinə yetirib.

Xarici mediaya istinadən xəbər veririk ki, baş nazir istefa verib.

O, daha əvvəl bildirmişdi ki, prezident və ölkə parlamenti Baş prokurorluq, Milli Bank və maliyyə məsələləri üzrə milli komissiyanın bütün tərkibinin dəyişdirilməsi ilə bağlı addımlara təşəbbüs etməsə, istefa verəcək.

Baş nazir postunda olduğu 100 günlük fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən təəssüfünü ifadə edib ki, ölkədə korrupsiya ilə mübarizə aparmaq üçün kifayət qədər səlahiyyətlərə malik deyil. O, prezident Nikolay Timofti və parlament sədri Andiranu Kanduua müraciətində bildirmişdi ki, korrupsiya ölkəni dağıdır.

Qeyd edək ki, Qaburiç baş nazir postuna təyin olunmadan əvvəl “Azercell” şirkətinin direktoru işləyib.

Publika.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər