25 C
Baku
Friday, April 19, 2024

“Azerspace-2” peyki mayın 25-də orbitə buraxılacaq

Azərbaycanın “Azerspace-2” telekommunikasiya peykinin bu ilin mayın 25-də orbitə buraxılması nəzərdə tutulub.

Bu barədə Fransanın “Airanespace” şirkəti məlumat yayıb.

“Hindistan “Ariane 5” rabitə peykini orbitə buraxdıqda, “GSAT 11” və milli peyk operatoru olan “Azerspace 2/İntelsat 38” birgə çalışacaq”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, “Azərkosmos” ASC və “Airanespace” şirkətləri arasında 2015-ci ilin dekabr ayında Azərbaycanın ikinci telekommunikasiya peykinin geostasionar orbitə çıxarılmasına dair müqavilə imzalanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər