25 C
Baku
Friday, April 19, 2024

“Azersun” 4 vakant yer elan edir – İŞ ELANI

Vakansiya 1: Qeydiyyat Mütəxəssisi (Padarçöl Süd Ferması)

İş haqqında məlumat:

 Fermada proseslərin izlənilməsi, mütəmadi statistikaların toplanılaraq İdarəetmə Proqramına daxil edilməsi;
 Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, raportlar hazırlanması və rəhbərliyə təqdim edilməsi;
 Toplanılmış məlumatları analiz edərək, sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlanması;
 Ferma İdarəetmə Proqramında yaranacaq nasazlığın aradan qaldırılması üçün xarici tərəfdaşlarla əlaqə yaradılmasıvə problemin birlikdə həll edilməsi.

Namizədə aid tələblər:

 Aqrar sahənin Menecmenti və ya iqtisadiyyatı üzrə ali təhsil almış olmalı;
 İngilis dilini yaxşı səviyyədə bilməli.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 17.04.2017-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Qeydiyyat mütəxəssisi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.


Vakansiya 2: Aqronom (Biləsuvar rayonu)

İş haqqında məlumat:

 Əkiləcək bitkilərin veqetasiya inkişafi dövründə suvarma diaqramını müəyyən etmək və diaqrama uygun həyata keçirmək;
  Ərazidə olan alaq otlarına, xəstəlik və zərər vericilərə qarşı kimyavi mübarizə aparmaq
 Bitkilərin normativə uygun seyrəldilməsini təşkil etmək;
 Veqetasiya suvarmaların vaxt və normasını təyin etmək;
 Müşahidə olunacaq zərər vericiləri və xəstəlikləri təyin etmək;
 Kimyavi mübarizələrin aparılma vaxtı və istifadə olunan işçi məhlulun miqdarını təyin etmək;
 Ərazilərdə şum, reyper, mala, səpin, kultivasiya və suvarmaların aparılmasını təşkil etmək;
 Bitkilərin əkinində Aqro texniki tədbirlərin keyfiyətli aparımasını təmin etmək;
 Məhsul toplanmasında verilən normaya uygun məhsul göndərilməsini təmin etmək.

Namizədə aid tələblər:

 Kənd təşərrüfatı üzrə ali təhsil almış olmalı;
 Aqronom kimi ən azı 1 illik təcrübəyə sahib olmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 17.04.2017-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Aqronom”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.


Vakansiya 3: Baytar-həkim (Kürdəmir rayonu)

İş haqqında məlumat

• İri buynuzlu və kiçik baş heyvanların (həmçinin ev quşları)     epizootiya əleyhinə profilaktik, sanitar və digər baytarlıq tədbirlərin aparılması yolu ilə xəstəliklərdən qoruması;
• Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərinin həyata keçirilməsi;
• Xəstə heyvanların müalicə edilməsi;
• Qida və emal üçün nəzərdə tutulan  məhsulların və xammalın keyfiyyətinə nəzarət olunması.

Namizədə olan tələblər

• Baytarlıq sahəsi üzrə ali təhsil;
• Bu sahədə minimum 1 il iş təcrübəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 17.04.2017-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Baytar”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.


Vakansiya 4: Genetika Mütəxəssisi (Padarçöl Süd Ferması)

Namizədə aid tələblər:

• Zootexnik ixtisası üzrə ali təhsil,
• Yaxşı səviyyədə ingilis dili biliyi (işə götürüləcək işçilər təlim və təcrübə keçməsi üçün xaricə göndəriləcək),
• Müvafiq sahədə və ya zootexnik kimi 1 illik iş təcrübəsi.

İş haqqında məlumat:

• Heyvandarlıq məhsulları istehsalını artırmaq və keyfiyyətini yüksəltmək üçün bütün zootexniki tədbirləri, damazlıq işlərini, heyvanların cins keyfiyyətini yaxşılaşdırmağı, cins mal-qaranın uçotunu ayrıca aparmağı təmin etməyi bilməli,
• Təsərrüfatın yem balansını tərtib etməyi, yem bazasını möhkəmləndirməyi, gündəlik fərdi və qrup halında yem payını tərtib etməyi, onların düzgün yerinə yetirilməsinə nəzarət etməyi bilməli,
• Yemlərin vaxtında toplanması, daşınması, düzgün saxlanması, istifadəsi və yemləmə üçün hazırlanmasının təşkilini bilməli,
• Maldarlıq fermalarında kompleks mexanikləşdirmə işlərinin təşkili, xəstəliklərə qarşı profilaktiki tədbirlərin görülməsi işlərini bilməli,
• Südün keyfiyyətinin, yağlılıq dərəcəsinin, turşuluğunun müəyyən edilməsi işlərini bilməli,
• Fermada uçot və hesabatın düzgün aparılmasına, mal-qaranın diri çəkisinin, köklük dərəcəsinin, südün yağlılıq dərəcəsinin və miqdarının dəqiq təyinini bilməli.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 17.04.2017-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Genetika mütəxəssisi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər