22 C
Baku
Friday, April 19, 2024

“AzFinance İnvestisiya Şirkəti”nə müddətsiz lizensiya verilib

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən İnvestisiya Şirkəti fəaliyyətinin bütün xidmətlərini həyata keçirmək üçün “AzFinance İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinə müddətsiz lizensiya verilib. Qısa müddət ərzində fəaliyyətə başlamasına baxmayaraq “AzFinance İnvestisiya Şirkəti” ticarət həcminə görə Bakı Fond Birjasında 2-ci yeri tutur. Trend-in məlumatına görə, investisiya şirkəti kapitalının həcminə görə Azərbaycanın ən böyük investisiya şirkətidir.

İlk investisiya şirkəti lisenziyasını əldə edən AzFinance restruktizasiya prosesinə 6 ay öncədən başlamış və müştərilərinə bütün növ investisiya xidmətlərini təkilf etmək üçün müvafiq infrastruktur yaratmışdır. Bunlara səhmlər, marja ticarəti, opsionlar, fyuçerslər kimi qiymətli kağızlar üzrə vasitəçilik xidmətləri, portfel idarəçiliyi, investisyalar üzrə konsultasiya xidmətləri daxildir.

Son zamanlar ölkədə baş verən devalvasiya və Bankların xarici valyutada olan depozit faizlərini aşağı salması əhalini yeni investisiya alətləri axtarmağa vadar etmişdir. Yatırımlarını xarici valyutada etmək istəyən müştərilər üçün Apple, Google, British Petroleum kimi korporasiyaların səhmləri ilə ticarət etməyə imkan verməklə “AzFinance İnvestisiya Şirkəti” bu sektor üzrə Azərbaycanda yeganə şirkətdir ki, öz fəaliyyətini həm yerli, həm də ki beynəlxalq bazarda həyata keçirir.

AzFinance İnvestisiya Şirkəti sosial məsuliyyət baxımından da öndədir. Belə ki, bir neçə ay əvvəl Azərbaycan Dövlət İqtisad Universiteti ilə anlaşma memorandumu imzalayaraq universitetin tələbələrinə Qiymətli Kağızlar Bazarı haqqında marifləndirilməsi üzrə ilk addım atılmışdır.

06.01.2016 tarixinə AzFinance İnvestisiya Şirkəti QSC investisiya şirkəti lisenziyasına malik yeganə şirkətdir.

Son xəbərlər
Digər xəbərlər