Əmanətə bağlı kreditlər – demək olar ki, Respublikada fəaliyyət göstərən bütün kommersiya Banklarında təklif edilən bir məhsuldur. Bu məhsulun bütün Banklarda olmasının səbəbi məhsul üzrə risk dərəcəsinin demək olar ki, 0 (sıfır) dərəcəsində olmalıdır. Çünki, müvafiq kreditlərin təminatı qismində müştərinin Bankda depozit olaraq yerləşdirdiyi nağd pul vəsaitləri çıxış edir.

Bank müştərilərinə müvafiq krediti 2 formada – nağd şəkildə və kart vasitəsilə kredit xətti şəklində təklif edir. Kreditin məbləği, müddəti və faiz dərəcəsinin yerləşdirilmiş əmanətin məbləği, müddəti və faiz dərəcəsi ilə birbaşa asılılığı var. Belə ki, kredit məbləği adətən əmanət məbləğinin müəyyən faiz nisbətində (adətən 70% – 90% arası) olur. Faiz dərəcəsi isə yerləşdirilmiş əmanətin cəlbetmə faiz dərəcəsindən bir qədər yuxarı (adətən 3%-5% arası) təyin edilir. Kreditin müddəti isə əmanətin bitmə tarixinə qədər təyin edilir. Kredit üzrə komissiya isə bəzi banklarda minimum səviyyədə (0.5% – 1%) təyin edilsə də , bəzi Banklarda isə ümumiyyətlə komissiya tutulmur. Kredit üzrə heç bir halda zamin tələb edilmir və müştəri sığorta edilmir. Qısacası şərtlər çox sərfəlidir, səbəb isə kreditin təminatının Sizin şəxsi vəsaitinizin olmasıdır.

Bu şərtlər kreditin növü (nağd və ya kart), həmçinin valyutası baxımından daha müxtəlif ola bilir. Banker.az monitorinq qrupu olaraq bu araşdırmamızda müştərilər üçün daha cəlbedici olacağınızı düşündüyümüz AZN valyutasında əmanətə bağlı  nağd şəkildə verilən kredit şərtlərini araşdırdıq. Əlaqə saxladığımız Bankların əksəriyyəti bu məhsulu təklif edir. Hansı Bankın daha sərfəli şərtlər təklif etdiyini öyrənmək üçün aşağıdakı cədvəldə olan məlumatlara əsasalana bilərsiniz.

Bank Kreditin maksimal məbləği İllik faiz dərəcəsi Komissiya
AccessBank  Əmanət məbləğinin 70%-i Əmanət məbləği:
10 000 AZN-dək olduqda: Əmanətin cəlbetmə faizi + 7%
10 000 AZN-dən çox olduqda: Əmanətin cəlbetmə faizi + 5%
Əmanət məbləği:
10 000 AZN-dək olduqda: 1%
10 000 AZN-dən çox olduqda: 0.5%
AFB Bank  Əmanət məbləğinin 80%-i Əmanətin cəlbetmə faizi + 5% 1%
Amrahbank  Əmanət məbləğinin 80%-i Əmanətin cəlbetmə faizi + 5% Yoxdur
Azərbaycan Sənaye Bankı  Əmanət məbləğinin 90%-i 17% 1%
Ata Bank  Əmanət məbləğinin 80%-i Əmanətin cəlbetmə faizi + 3% Yoxdur
Azer-Türk Bank  Əmanət məbləğinin 90%-i
(əsas borc, kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu və komissiya xərcləri kredit üzrə təminatın dəyərinə nisbəti əmsalı 90%-i keçməməlidir.)
Əmanətin cəlbetmə faizi + 3% Fərdi qaydada təyin olunur
Bank Avrasiya  Əmanət məbləğinin 90%-i Əmanətin cəlbetmə faizi + 2% 0.5%
Bank BTB  Əmanət məbləğinin 80%-i Əmanətin cəlbetmə faizi + 3% 0.5%
Bank of Baku  Əmanət məbləğinin 70%-i Əmanətin cəlbetmə faizi + 3% 1%
Bank Respublika  Əmanət məbləğinin 90%-i
(maksimum 30 000 AZN)
Əmanətin cəlbetmə faizi + 5% Yoxdur
Bank VTB  Əmanət məbləğinin 90%-i Əmanətin cəlbetmə faizi + 3% 1%
Dəmirbank  Əmanət məbləğinin 80%-i Əmanətin cəlbetmə faizi + 4% 1%
Expressbank  Əmanət məbləğinin 90%-i Əmanətin cəlbetmə faizi + 3% Yoxdur
Gunaybank  Əmanət məbləğinin 90%-i Əmanət məbləği:
50 000 AZN-dək olduqda: Əmanətin cəlbetmə faizi + 3%
50 000 AZN-dən çox olduqda: Əmanətin cəlbetmə faizi + 2%
0.5%
Kapitalbank  Əmanət məbləğinin 80%-i Əmanətin cəlbetmə faizi + 5% 1%
Muğanbank  Əmanət məbləğinin 70%-i 21% 1%
NBC Bank  Əmanət məbləğinin 90%-i
(əsas borc, kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu və komissiya xərcləri kredit üzrə təminatın dəyərinə nisbəti əmsalı 90%-i keçməməlidir.)
Əmanətin cəlbetmə faizi + 3% 1%
NikoilBank  Əmanət məbləğinin 90%-i
(əsas borc, kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu və komissiya xərcləri kredit üzrə təminatın dəyərinə nisbəti əmsalı 90%-i keçməməlidir.)
Əmanətin müddətindən, faizindən və məbləğindən asılı olaraq xüsusi düstura əsasən təyin edilir Yoxdur
Rabitabank  Əmanət məbləğinin 90%-i Əmanətin cəlbetmə faizi + 4% Yoxdur
Turanbank  Əmanət məbləğinin 90%-i Əmanətin cəlbetmə faizi + 4% 0.5%
Unibank  Əmanət məbləğinin 90%-i Əmanətin cəlbetmə faizi + 3% 1%
Xalq Bank  Əmanət məbləğinin 80%-i Əmanətin cəlbetmə faizi + 2% 20 AZN
Yapıkredibank  Əmanət məbləğinin 80%-i 1 illik 24%, 2 illik 23%, 3 illik 22% 1.5%
Ziraatbank  Əmanət məbləğinin 90%-i Əmanətin cəlbetmə faizi + 4% 1%
Naxçıvanbank Məlumat əldə etmək mümkün olmadı
Paşabank Məlumat əldə etmək mümkün olmadı
Bank Melli İran Əmanətə bağlı kredit verilmir
Bank Silk Way Əmanətin minimal məbləği 500 000 AZN/USD/EUR həcmindədir. Bu səbədən əmanətə bağlı kredit şərtləri üzrə məlumat verilmir.