“Azqur” ASC Vergilər Nazirliyini məhkəməyə verdi

© Sputnik / Murad Orujov

Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi apellyasiya şikayəti verib

İddiaçı ləğvetmə prosesində olan “Azqur” ASC-nin cavabdeh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Lokal Gəlirlər Departamentinə) qarşı məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsində davam edir.

İddiaçı “Azqur” ASC-nin ləğvi haqqında dövlət reyestrində müvafiq qeydiyyatın aparılaraq bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş edib.

İddiaçı iddia tələbini onunla əsaslandırıb ki “Azqur” uzun müddət fəaliyyət göstərmədiyi üçün cəmiyyətin səhmlərinin 95 faizinə sahib olmuş səhmdar Kazımov Telman Məhəmməd oğlunun tələbilə səhmdarların ümumi yığıncağının 2016-ci il 05 aprel tarixli qərarı ilə bu hüquqi şəxsin ləğv edilməsi qərara alınıb və hüquqşünas Firudin Hüseynbəyli təvsiyəçi (ləğvetmə komissiyasının sədri) təyin edilib: “Qərar qəbul edildikdən sonra kreditorların tələblərini qəbul etmək haqqında qəzetdə 3 dəfə elan verilib, müvafiq sənədləri və möhürü qəbul edərək ləvğetmə prosesinin başlanmasına dair rəsmi bildiriş verilib. Bu proses başa çatandan sonra cəmiyyətin sol balansı vergi orqanına təqdil edilib, sonuncu qəbul edib və 2016-ci ilin oktyabrında Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə, yəni üçüncü şəxsə müvafiq yoxlanmanın aparılaraq ləğvetmə barədə cavabdehə məktub göndərilməsi üçün yazılı müraciət edilib”.

İddia ərizəsinə ilk dəfə baxılan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi etiraz təqdim edərək bildirib ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi “Azqur” ləğv prosesində olması ilə əlaqədar qeydin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq sənədləri 12.04.2016-cı il tarixdə ərizə ilə Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi təqdim edib: “Bundan sonra cəmiyyətin təsviyyəçisi 12.04.2017-ci il tarixrdə cəmiyyətin ləğv edilməsi barədə qeydin dövlət reyestinə daxil edilməsi ilə əlaqədar nəzərdə tutulan sənədləri qeydiyyat idarəsinə təqdim edib. Təqdim olunan sənədlərə baxarkən müəyyən edilib ki Yasamal rayon Məhkəməsinin 06.12.2016-ci il tarixli qərardadı ilə cəmiyyətin kommersiya hüquqi şəxsilərin dövlət reyestrindən çıxarılması ilə bağlı müəyyən hərəkətlərin edilməsi qadağa qoyulduğundan cəmiyyətin dövlət reyestrindən çıxarılması məhkəmə prosesi başa çatanadək dayandırılıb. Bu səbəbdən iddiaçının ləğv edilməsi barədə qeydin dövlət reyestrinə daxil edilməsindən imtina edilib. Eyni zamanda müəyyən edilib ki, cəmiyyətin tösviyyəçisi tərəfindən dövlət büdcəsinə olan borc və dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənlənar dövlət fonduna məcburi dövlət sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməyib.

Daha sonra Yasamal rayon məhkəməsinin 23.11.2017-ci il tarixində qərardadı ilə 06.12.2016-cı il tarixli qərardadı ləğv edilib və icra edilməsi üçün 26.04.2017-ci il tarixdə idarəyə daxil olub. Həmin qərardad icra edilərək cəmiyyətin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasına qoyulmuş qadağa aradan qaldırılıb. Mülki Məcəllənin müvafiq maddəsinə əsasən hüquqi şəxslərin ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə müddətinin yenidən başlamasına səbəb olur. Cəmiyyətin ləvğ edilməsi ilə bağlı qeydin dövlət reyestrinə daxil edilməsinə dair qadağanın olduğu müddəti nəzərə alaraq qeydiyyat orqanı Mülki Məcəlləyə əsasən nəzərdə tutulmuş bir il müddəti daha 48 gün uzatmışdır. Bunun nəticəsi olaraq ləğv edilmə ilə əlaqədar müvafiq sənədlərin qeydiyyat orqanına təqdim edilməsi üçün son tarix 30.05.2017-ci il müəyyən edilib. Lakin buna baxmayaraq təsviyyəçi müvafiq sənədləri 31.05.2017-ci il tarixdə qeydiyyat orqanına təkrar təqdim edilib. Təkrar təqdim edilmiş sənədlər araşdırarkən müəyyən olunub ki cəmiyyətin təsviyyəçisi tərəfindən dövlət büdcəsinə olan borcun olub-olmamasını müəyyənləşdirmək istiqamətində hələ də heç bir tədbir görməyib”.

Məhkəmənin qərardadına əsasən Rəcəbov Vəzir İldırım oğlu, Əlizadə Şahin Şükür oğlu və 6 nəfər üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilib.

Üçüncü şəxslər etiraz ediblər ki, “Azqur” ASC ləğvetmə prosesinə başlayıb, lakin ləğvetmə qaydalarını kobud şəkildə pozaraq səhmdarla ləvğetmə zamanl səhmdar cəmiyyətin mülkiyyətində olan daşınmaz əmlakdan pay ayırmadan cəmiyyəti hüquqi şəxslərin dövlət reyestrindən çıxararaq cəmiyyətin bütün daşınmaz əmlaklarının majoritar səhmdar tərəfindən məmimsənilməsini təmin etmək istəyir.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə “Azqur” ASC-nin ləvği haqqında dövlət reyestrində müvafiq qeydiyyatın aparılaraq bu barədə çıxarışın verilməsi vəzifəsi Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulub. Qərardan apelyyasiya şikayəti verilib.
Məhkəmənin qərardadına əsasən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilən Şahin Əlizadə bildirib ki işə Bakı Apellyasiya Məhkəməsinin hakimi Valeh Ağayevin icraatındadır.

©Bizim Yol Qəzeti

📝 RƏY BİLDİR