14 C
Baku
Thursday, April 25, 2024

“Azre Təkrarsığorta” mənfəəti 38% artıb

Azərbaycanın yeganə təkrarsığorta şirkəti “Azre Təkrarsığorta” ASC-nin mənfəəti kəskin, yəni, 38% artıb.

Banker.az xəbər verir ki, bu barədə Təkrarsığorta Şirkətinin 1 yanvar 2018-ci ilə olan son göstəricilərində deyilir.

Ötən ilin 12 ayı ərzində “Azre Təkrarsığorta”nın cəmi gəlirləri 54,63 mln. manat təşkil edib ki, bu da hesabat dövründən öncəki dövürlə müqayisədə 19 faiz daha az gəlir əldə edib. Buna baxmayaraq qurum ötən ilki xərclərini azaldaraq 28,83 mln. manat həcmində saxlayıb ki, bu da ili 21,39 mln. xalis mənfəətlə bitirməsinə səbəb olub.

Qeyd edək ki, “Azre Təkrarsığorta” ötən 2016-cı ili 15,5 mln. xalis mənfəətlə bitirmişdi.

Cəmi aktivləri 1 mln. manata çox azalaraq 102,17 mln. manata düşüb. Hazırda cəmi kapitalı 77,34 mln. manat, cəmi öhdəlikləri isə 77,34 mln. manat təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər