18 C
Baku
Thursday, April 25, 2024

“AZSIĞORTA”nın Direktorlar Şurasına yeni sədr təyin olundu

30 dekabr 2016-cı il tarixində səhmdarlar yığıncağının qərarına əsasən, Viladi Manıyev “AZSIĞORTA” şirkətinin Direktorlar Şurasının yeni sədri təyin edilib. 

Sığorta şirkətindən Banker.az-a verilən xəbərə görə, Viladi Manıyev Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1975-1993-cü illərdə Bakıda və Moskvada akademik fəaliyyətlə məşğul olub. 1993-cü ildən kommerasiya təşkilatlarında çalışmağa başlayıb. 1996-cı ildən sığorta sahəsində karyerasını davam etdirib və artıq 20 ildir ki bu sahədə fəaliyyət göstərir. “ASC Insurance Company”, “Caspian Insurance”, “Chartis Azerbaijan” və “Qala Sığorta” kimi şirkətlərdə İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır. 2008-2010-cu illərdə Amerika Azərbaycan Ticarət Palatasının bank, maliyyə və sığorta komitəsinin sədri olmuşdur.

Ailəlidir, 2 övladı var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər