21 C
Baku
Thursday, April 25, 2024

“AzSığorta”nın İdarə Heyətinə yeni təyinat olub

Azərbaycanın sığorta şirkətlərindən olan “AzSığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə Yusif Soltanov təyin olunub.

Şirkətdən verilən məlumata görə, Yusif Soltanov sığorta sahəsində, eyni zamanda rəhbər vəzifələrdə təcrübəyə malikdir. Müxtəlif dövrlərdə “AzSığorta” ASC-də Satış Departamentinin direktoru, Əmlak Sığortası Departamentinin direktoru, Strateji Əlaqələr Blokunun rəhbəri, Satış rəhbəri vəzifələrində çalışıb. Y. Soltanov Azərbaycan Dövlət İqtisad Universitetini və Belarus Respublikası Mülki Müdafiə Universitetini bitirib.

Şirkətin yenilənmiş İdarə Heyətində üzvləri hazırda aşağıdakı kimidir:

  • Anar Talıbov – İdarə Heyətinin Sədri
  • Zöhrab Şirinov – İdarə Heyəti Sədrinin müavini
  • Yusif Soltanov – İdarə Heyəti Sədrinin müavini

Qeyd edək ki, ölkənin öndə gedən sığorta şirkətlərindən olan “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. “Fitch” beynəlxalq reytinq agentliyi şirkətin etibarlılığını və maliyyə dayanıqlılığı üzrə kredit reytinqini “B” səviyyəsində təsdiq edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər