“Azsığorta”nın xərclərinin kəskin artması ili 3 mln. zərərlə bitirməsinə səbəb olub

Gilan Holding-in səhmdarı olduğu “Azsığorta” ASC 2017-ci ilin 4 rübü üzrə cəmi gəlirləri xərclərini qarşılaya bilməyib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin 2017-ci ilin 31 dekabr tarixinə olan maliyyə hesabtında deyilir.

Məlumata görə, ötən il ərzində “Azsığorta”nın cəmi gəlirləri 2,48 mln daha çox olmaqla 31,33 mln manat təşkil edib. Lakin, Sığorta Şirkətinin cəmi xərcləri kəskin artmaqla, yəni 32% ilə 34,39 mln manata çatdırıb və ötən ildən fərqli olaraq bu il 3,06 mln manat həcmində illik zərər edib.

Zərər etdiyindən balansda olan bölüşdürülməmiş zərər və 1,11 mln. manatdan çox ödənilmiş dividentdən sonra azalaraq 13,14 mln. manatdan 9,58 mln. manata düşüb. Bankın cəmi kapitalı 3,56 mln. manat azalaraq 29,88 mln. manata düşüb.

Bildirək ki, hazırda “Azsığorta”nın nizamnamə kapitalı 20,3 mln. manat təşkil edir və səhmdari 1 şəxsdən ibarətdir.

Hazırda “Azsığorta”nın cəmi aktivləri 61 mln. manat, cəmi öhdəlikləri isə 31,12 mln. manat təşkil edir.

📝 RƏY BİLDİR