14 C
Baku
Thursday, March 28, 2024

“Aztelekom”dan xalis mənfəət, 10 mln manatdan artıq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Aztelekom” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 223,432 mln. manat təşkil edib.

Şirkətin maliyyə hesabatına istinadən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,9% azdır.

“Aztelekom”un aktivlərinin 92,2%-ni və yaxud 236,039 mln. manatını əsas vəsaitlər təşkil edib. Ötən il şirkətin əsas vəsaitləri 6% azalıb.

Hesabat dövründə “Aztelekom”in cəmi öhdəlikləri 33,6% azalaraq 47,901 mln. manata düşüb. Bunun 97,1%-i və yaxud 46,506 mln. manatı qısamüddətli öhdəliklərdir.

Ötən il şirkətin balans kapitalı isə onun bölüşdürülməmiş mənfəəti hesabına 6,2% artaraq 175,531 mln. manata çatıb. Rabitə müəssisəsinin nizamnamə kapitalı isə 22,244 mln. manat olaraq qalıb.

2016-cı ildə “Aztelekom”un göstərdiyi xidmətlərdən gəliri 90,882 mln. manat (2015-ci ilə nisbətən 5,2% çox), xidmətlərinin maya dəyəri 58,674 mln. manat (3,6% çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 28,019 mln. manat (26,55% az), maliyyə xərcləri 2,896 mln. manat (76,9% az), digər qeyri-əməliyyat gəlirləri 9,93 mln. manat (2015-ci ildə şirkət bu istiqamətdə gəlir əldə etməyib) təşkil edib. Son nəticədə şirkətin vergiyəqədərki mənfəəti 11,223 mln. manat olub.

“Aztelekom” bunun 964 min manatını mənfəət vergisi kimi ödəyib və ötən ili 10,259 mln. manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, şirkət 2015-ci ildən 20,062 mln. manat xalis zərərlə çıxmışdı.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər