23 C
Baku
Tuesday, April 23, 2024

Azyaşlı atasının xarici pasportunu necə yararsız etdi?

Dörd yaşlı uşaq atasının xarici pasportunun ilk səhifəsində şəkillər çəkərək və cızma-qara edərək özünün və atasının Cənubi Koreyada qalmasına və Çinə geri dönə bilməmələrinə səbəb oldu. Çinli ata oğlu tərəfindən “bəzədilmiş” xarici pasportunu təqdim etdikdə hava limanı işçiləri onu uçuş üçün qeydiyyata almaqdan imtina edirlər.

Adının açıqlanmadığı çinli xarici pasportunun oğlu tərəfindən bu hala salınmasından xəbərsiz olduğunu bildirib. Azyaşlı atasına saqqal, əlavə saç çəkməkdən əlavə, digər insan, heyvan və s. təsvirlər yaratmışdır.

Üzərində şəkil şəkilmiş sənəd artıq yararsız hesab edildiyindən ata və oğul Cənubi Koreyada qalmalı olub. Vəziyyətdən çıxış yolu axtaran çinli sənədin şəklini Weibo –da (Twitter-in Çin versiyası) yerləşdirərək internet istifadəçilərindən kömək istəmişdir. Hazırda ailənin Çinə geri dönməsi üçün hansı tədbiri gördüyü və Cənubi Koreyada nə qədər qalacaqları məlum deyil.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər