25 C
Baku
Saturday, April 20, 2024

Bələdiyyələr buraxdıqları qiymətli kağızlara görə hesabat verməkdən azad edilib

Azərbaycanda bələdiyyələrdən buraxdıqları qiymətli kağızlara görə illik idarəetmə hesabatları tələb olunmayacaq.

Banker.azın APA-ya istinadən verdiyi məlumata görə, bu,Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təsdiqlədiyi və bu gündən qüvvəyə minən “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar”ında əksini tapıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar”ını təsdiqləməsi ilə əlaqədar 2012-ci il 30 noyabr tarixli qərarı ilə təsdiq etdiyi “İnvestisiya qiymətli kağızlarının emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabatların hazırlanması və açıqlanması Qaydaları”nı ləğv edib.

İndiyə qədər qüvvədə olan “İnvestisiya qiymətli kağızlarının emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabatların hazırlanması və açıqlanması Qaydaları” investisiya qiymətli kağızların emitentləri tərəfindən illik hesabatların hazırlanması və açıqlanması qaydalarını müəyyən edib və Qaydalar dövlət qiymətli kağızların emitentlərinə və yeganə səhmdarı dövlət orqanı olan emitentlərə şamil edilməyib.

Bu gündən qüvvəyə minən “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar”ı qiymətli kağızların emitentləri tərəfindən idarəetmə hesabatlarının hazırlanması, təqdim olunması və açıqlanması qaydalarını müəyyən edir və bu Qaydalar dövlətə və bələdiyyələrə, üzv olduğu beynəlxalq təşkilatlara, Mərkəzi Banka və kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış borc qiymətli kağızlarının nominal dəyərinin həcmi 50 min manatdan az olan emitentlərə şamil edilməyəcək. Beləliklə, bələdiyyələrlə bərabər buraxılmış borc qiymətli kağızlarının nominal dəyərinin həcmi 50 min manatdan az olan emitentlərdən də buraxdıqları qiymətli kağızlara görə illik idarəetmə hesabatları tələb olunmayacaq.

Yeni Qaydalarda illik hesabatlarla bərabər yarımillik hesabat təqdim etməli olan emtentlər də müəyyən edilib. Yarımillik hesabatlar yalnız qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən təqdim olunacaq. Emitentlər tərəfindən illik və yarımillik hesabatlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edilməlidir.

Qeyd edək ki, qiymətli kağızlara səhm, istiqraz, veksel, girov kağız, ipoteka kağızı, daşınmaz əmlak sertifikatları, depozitar qəbzlər daxildir. Emissiya emitent (dövlət və özəl şirkətlər, bələdiyyələr, Mərkəzi Bank və s.) tərəfindən qiymətli kağızların buraxılması prosesidir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər