16 C
Baku
Friday, April 19, 2024

Bəzi sahibkarlar malları dəyərindən dəfələrlə aşağı göstərir -[cədvəl]

Son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, aşağıdakı cədvəldən də göründüyü kimi, ümumilikdə 80 043,06 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib:

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı Invoysda göstərilən qiymət Real qiymət Fərq
1 “ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ 13046,63 € 18543,63 € 5497 €
2 “ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ 16013,72 22627,77 € 6614,05 €
3 “ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ 14840,21 € 20991,88 € 6151,67 €
4 “ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ 12230,60 € 18628,08 € 6397,48
5 “ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ 13117,94 € 21117,94 € 9000 €
6 “ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ 14545,14 € 33400,32 € 18855 €
7 “ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ 8604 € 12604,61 € 4000,61 €
8 “ Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ 12645,70 € 15645,70 € 3000 €
9 “ABA Trading” 5230,56 € 25757,81 € 20527,25 €

Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bir daha bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.

Son xəbərlər
Digər xəbərlər