15 C
Baku
Friday, March 29, 2024

Borcalan və borc haqqında maraqlı faktlar

Əvvəllər, Qədim Yunanıstanda kreditor borcalanın torpağında xüsusi lövhə quraşdırırdı ki, bu da ipoteka adlanırdı. İpoteka o demək idi ki, borcalan borcunu ödəməzsə torpaq kreditorun mülkiyyətinə keçir.

1827-ci ildə Əlcəzair rəhbəri ödənilməyən borclarla bağlı qızğın mübahisə zamanı fransız səfirinin üzünə milçəköldürənlə zərbə endirir. Bu Fransanın 3 ildən sonra Əlcəzairi işğal etməsinə və 100 ildən artıq işğal altında qalmasına səbəb oldu.

Hindistanda isə kvatkutl adlı belə bir qeyri-adi hal mövcuddur: borcalan kredit götürən zaman öz adını girov olaraq qoyur və o borcu qaytarana qədər insanlar onu adı ilə deyil, müxtəlif səslər və jestlərlə çağırırlar.

XVI əsrdə İngiltərədə də maraqlı qanun mövcud idi. Borcalan vaxtında borcunu ödəmədikdə həbs edilməli idi. Lakin həmin şəxsi öz evində olduğu müddətcə həbs etmək qadağan idi. Beləliklə, borcalan şəxs evindən çıxmayaraq həbsdən canını xilas edə bilirdi.

Qədim slavyan kəndlərinin əhalisi qeydiyyat əvəzinə taxta parçalarından istifadə etməyə üstünlük verirdilər. Məsələn, bir kəndli digərindən 4 torba taxıl borca götürür. O kiçik ölçülü çubuqları hamarlamalı və uclarını itiləməli idilər. Daha sonradan bu çubuqlar iki hissəyə bölünür və bir hissəsi borcalanda, digər hissəsi isə borc verən şəxsdə qalırdı.

Borcalanlarla ən qəddar davranışı isə Dante öz məşhur “İlahi komediya” əsərində təsvir etmişdi. O əsərində borcalanlar üçün xüsusi cəhənnəm qatı yaratmışdı.

Bir çox ölkələrdə borc nəsildən nəslə ötürülür, yəni iri həcmli maliyyə öhdəlikləri atadan oğula keçir. Məsələn, Amerikada maliyyə öhdəliklərinin 12%-i orta hədlə insan ömründən çoxdur. 2012-ci ilin may ayında ABŞ-ın milli borcu rekord həddə, yəni 15 trilyon dollara çatmışdı.

Son xəbərlər
Digər xəbərlər